Heydər Əliyevin vəfatından 14 il keçir

XƏBƏR / 12.12.2017 00:16
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.
APA-nın məlumatına görə, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevi anım mərasimləri təşkil olunur.
Dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və diaspor təşkilatları da anım mərasimləri keçirir.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.


Oxunub: 642



SON XƏBƏRLƏR

2020-08-06

Product image

02:35 Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu

Product image

02:25 KİVDF-nin İcraçı direktoruna AĞIR İTKİ

2020-08-05

Product image

01:54 Bələdiyyə sədri: ”Biz daim öz qulluqçularımızın da sosial vəziyyətini və əmək şəraitini yaxşılaşdırmağa çalışırıq”

2020-08-04

Product image

01:11 Zirə bələdiyyəsi 130 aztəminatlı ailəyə “Qurban payı” paylayıb

Product image

00:38 Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 85 nəfər uğur qazanıb TƏBRİK EDİRİK!

Product image

00:26 Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

Product image

00:21 Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olundu ALLAH RƏHMƏT ELƏSİN!

Product image

23:27 Toy etmək istəyənlərin NƏZƏRİNƏ — Bu tarixdən sonra icazə veriləcək

Product image

22:30 Bu şəxslər xidməti vəsiqələr əsasında rayonlara gedə bilərlər

Product image

22:28 Metronun fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Product image

22:08 Beyrutda partlayış: Erməni mərkəzi göyə sovruldu

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışırYüz minlərlə insan küçələrə çıxdı!

Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO

İDMAN Product image

10:35 Şəhriyar Məmmədyarov ikinci oldu

Product image

22:16 İdmanda ermənilər üzərində qazandığımız 10 vacib qələbə

Product image

12:10 İki illik ÇL-dan uzaqlaşdırılan "Mançester Siti" ilə bağlı sensasion xəbər

Təqvim