reklam
USD
22 ℃
EUR
BAKI

Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə

RƏSMİ / 30.01.2019 01:36
Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə

Ölkə tarixində qadınların yüksək sosial statusa malik olduğunu təsdiq edən çoxlu sayda nümunələr vardır. Azərbaycan qadını hər şeydən öncə ana və ailənin tərbiyəçisidir. Müasir dövrümüzdə qadının, ümumiyyətlə, ictimai işlərdə fəal olması da mühüm şərt sayılır. Azərbaycanda bunun ən gözəl nümunəsi ölkənin birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Bu günlərdə ölkə ictimaiyyəti birinci xanımın doğum gününü qeyd etdi. İnsanların münasibəti göstərir ki, cəmiyyət Mehriban xanımın xeyirxahlığı, xoşməramlılığı ilə yanaşı, dövlətin idarə edilməsində, Prezidentin tapşırıqlarını yerinə yetirməkdə fəaliyyətini də yüksək qiymətləndirir. Mehriban xanım müasir dövrdə böyük əhəmiyyəti olan mənəvi-əxlaqi keyfiyyətlərlə dövlət xadimi olmağı üzvi şəkildə birləşdirə bilir. Bu məqamların fövqündə Mehriban xanım Əliyevanın fəaliyyətinə təhlili nəzər salmağa ciddi ehtiyac görürük.

Yüksək mənəvi dəyərlərin daşıyıcısı: xoşməramlı elçi

Çağdaş dünyamızda qadının sosial-mədəni və siyasi həyatda statusu ilə yanaşı, rolu da böyük diqqət mərkəzindədir. Ən yüksək inkişaf etmiş ölkələrdə belə qadınların cəmiyyətdəki fəallığı önəm daşıyır. Elə ölkələr də var ki, zərif məxluqun cəmiyyət həyatında rolu ənənəvi olaraq yüksək qiymətləndirilib. Azərbaycan belə ölkələrdəndir. Azərbaycan qadını gözəl ailə sahibi, tərbiyəçi və etibarlı həyat yoldaşı olmaqla bərabər, cəmiyyətdə yüksək nüfuzu olan müqəddəs varlıq kimi qəbul edilib. Ölkənin tarixinə nəzər salanda görürük ki, bu tezisi təsdiq edən çoxlu sayda faktlar vardır. Sara Xatun, Nüşabə, Məhsəti, Natəvan, Həcər, Zərifə Əliyeva, Aida İmanquliyeva... Siyahı uzundur...

Azərbaycanda qadının yüksək sosial, mədəni, tərbiyəvi və siyasi statusunu çox uğurlu və gözəl şəkildə öz həyat fəaliyyəti ilə təsdiq edən Mehriban xanım Əliyevanın vurğulanan kontekstdə xüsusi yeri vardır. Çünki müasir tarixi mərhələdə istənilən ölkədə qadının dövləti işlərdə, mədəni fəaliyyətdə, xeyirxahlıqda və beynəlxalq aləmdə tanınmaqda özünü tam təsdiq etməsi böyük intellekt, fədakarlıq, geniş ürək, çalışqanlıq və yüksək idarəetmə qabiliyyəti tələb edir. Mehriban xanım bütün bu keyfiyyətləri yüksək şəkildə özündə birləşdirən şəxsiyyətdir.

Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlı çox araşdırmalar aparılır. Azərbaycanın Birinci vitse-prezidentinin yüksək mənəvi-əxlaqi keyfiyyətləri, işgüzarlığı, xeyirxahlığı və idarəetmə bacarığının müxtəlif cəhətləri təhlil edilir. Onlardan görünür ki, ölkənin birinci xanımı gözəl keyfiyyətlərə malik olduğu kimi, həm də böyük işgüzarlıq sahibidir. Bu məqam ciddi əhəmiyyət daşıyır. Çünki azərbaycanlı qadının yorulmadan çalışması, ən yüksək vəzifədə belə böyük məsuliyyət hiss etməsi və xeyirxahlıq, qayğıkeşlik prinsipindən zərrə qədər də kənara çəkilməməsi digər məqamlarla yanaşı, milli-mənəvi keyfiyyətlərin dünyaya nümayişidir. Birinci vitse-prezident təyin olunandan bir neçə gün sonra Mehriban xanım "Rossiya 1" telekanalının "Vesti nedeli" proqramına müsahibəsində hər şeydən öncə yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışıb. Azərbaycanın birinci xanımı deyib: "Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam".

Bu, bütün azərbaycanlılar üçün böyük nümunədir. Prezident tərəfindən hansı vəzifəyə təyin edilməsindən asılı olmayaraq, insan, ilk növbədə, məsuliyyət hiss etməli, etimadı doğrultmaq barədə düşünməlidir. Mehriban xanım Əliyeva şəxsi nümunəsi ilə bu ismarıcı hər bir məsul vəzifə tutan kadrlara verib. Bu, onu göstərir ki, Azərbaycanın birinci xanımı həm də dövləti əhəmiyyəti olan məsələlərdə kifayət qədər yüksək mədəniyyət və məsuliyyət nümayiş etdirir.

Mehriban xanım Əliyeva eyni məsuliyyət və yüksək zəhmətkeşliklə Azərbaycanın tarixini, mədəni irsini, ölkənin bugünkü siyasi və ictimai gerçəkliklərini yorulmadan dünya ictimaiyyətinə çatdırıb. Bu kontekstdə Mehriban xanımın ifadə etdiyi aşağıdakı fikirlər olduqca maraqlıdır. Birinci vitse-prezident ifadə edib: "Təbii ki, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bütün bu illər ərzində toplanan təcrübə, vərdişlər mənə kömək edəcək".

Bu cür yüksək işgüzarlıq keyfiyyətinə, daxili mənəvi-əxlaqi və milli saflığa malik bir xanımın bütövlükdə bəşər mədəniyyətinə verdiyi töhfələr tamamilə məntiqə uyğundur. Ən yüksək beynəlxalq səviyyədə etiraf edilir ki, Mehriban xanım dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə böyük töhfələr verir və bu, davam edir. Vurğulanan aspektdə UNESCO-nun sabiq baş direktoru İrina Bokovanın Mehriban xanıma ünvanlanmış aşağıdakı sözləri çox qürurvericidir: "Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün – UNESCO üçün şərəfdir. Sizin nailiyyətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız".

Dövlətçilik uğrunda: Birinci vitse-prezidentin idarəçiliyə töhfələri

Bizcə, Mehriban xanım Əliyevanın bir dövlət xadimi kimi geniş potensialının reallaşmasına Prezident İlham Əliyevin uzaqgörənliklə onu ölkənin Birinci vitse-prezidenti təyin etməsi ciddi təkan verib. Mehriban xanım fəaliyyəti ilə idarəetmə bacarıqlarını, dövlət başçısının tapşırıqlarını qüsursuz yerinə yetirmək qabiliyyətini nümayiş etdirməkdədir.

Maraqlıdır ki, Azərbaycanın birinci xanımı Birinci vitse-prezident kimi işlərinin çox olmasına baxmayaraq, öz xeyirxahlıq fəaliyyətini səngitməyib. Mehriban xanım Əliyeva bunun şüurlu həyat seçimi olduğunu vurğulayır: "İstər UNESCO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".

Açıq demək lazımdır ki, bütün dünya üçün bu kimi keyfiyyətlərə malik dövlət adamları çox gərəklidir. Çünki BMT-nin hesabatlarında da göstərildiyi kimi, Myanmardan tutmuş Afrika cəngəlliklərinə qədər hər yerdə uşaqlara, qadınlara, qocalara, köməksizlərə qarşı ciddi hüquq pozuntuları olur, yoxsulluq, səfalət baş alıb gedir, zorakılıq edilir və s. Belə bir şəraitdə əsl dövlət adamları həm də xeyriyyəçi olmalı, köməksizə əl uzatmalı, İslamda deyildiyi kimi, "yaradılanı yaradan üçün sevməlidir".

Mehriban xanım Əliyeva həm dövlət idarəçiliyində ciddi rol oynayır, cəmiyyətin tərəqqisi üçün bütün gücü ilə çalışır, həm də yüksək mənəvi keyfiyyət nümayiş etdirərək, insanlara yardım əlini uzadır, böyük şəfqətlilik göstərir. Məlumdur ki, şəfqətli olmaq dini baxımdan həmrəyliyin ən gözəl əlamətidir. Şəfqətli insan bütün bəşəriyyətlə həmrəydir. O, insanlıq naminə humanizm göstərir. Yəni, özünü başqalarına nümayiş etdirmir, sadəcə, insanın yaxşılığı, onun sağlamlığı və rahatlığı üçün qayğı göstərir. Mehriban xanım həyatı boyu fəaliyyətində məhz bu cür yüksək keyfiyyətlərə malik olduğunu sübut edib və etməkdədir.

Bu kontekstdə Azərbaycanda demokratiyanın, multikulturalizmin, milli dövlətçiliyin inkişaf etdirilməsində Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi fəaliyyəti ayrıca vurğulanmalıdır. Azərbaycanın birinci xanımı bütün istiqamətlərdə Prezidentin həyata keçirdiyi islahatlar proqramına ciddi dəstək verir və konkret işləri ilə həmin istiqamətdə fəaliyyət göstərir. Azərbaycan dövlətçiliyinin yeni zirvələrə yüksəlməsi üçün bunun əhəmiyyəti böyükdür. Çünki Prezidentin bütün tapşırıqlarına dəqiqliklə əməl olunursa, onun həyata keçirdiyi kurs reallaşırsa, müstəqil dövlət quruculuğu baş tutur və qarşıya qoyulan strateji hədəflərə çatmaq imkanları xeyli genişlənir. Bunlar bir daha onu təsdiq edir ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi idarəçilikdə rolu əhəmiyyətlidir və o, bunun öhdəsindən layiqincə gəlir. Bütün bunlara görədir ki, insanlar birinci xanımı sevir və onu dəstəkləyirlər. Mehriban Əliyevaya inam böyükdür. Azərbaycanın birinci xanımı da insanları çox gözəl duyur və bunu yüksək qiymətləndirir: "Mənim üçün ən vacibi budur ki, inam duyuram. Bax, bu, həqiqətən də mənə real inam, güc verən amildir".

Təsadüfi deyil ki, Mehriban xanımın doğum gününü bütün Azərbaycan qeyd etdi. Ölkə ictimaiyyəti Birinci vitse-prezidentin xeyirxahlığını yüksək dəyərləndirir və eyni zamanda, dövlət idarəçiliyində oynadığı yüksək rolu dərk edir. Biz də Mehriban xanımın ad gününü təbrik edirik və ölkənin birinci xanımına bundan sonra da millət, insanlıq və bəşəriyyət naminə böyük uğurla fəaliyyət göstərməsini arzulayırıq!


Oxunub: 339






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim