reklam
USD
15 ℃
EUR
BAKI

Diaspor rəhbəri və tanınmış idmançı sambo və dzu-do uzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu, Belarusun Əməkdar idman ustası Natiq Bağırov haqqında kitab hazırlanıb

RƏSMİ / 15.04.2019 01:00
Diaspor rəhbəri və tanınmış idmançı sambo və dzu-do uzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu, Belarusun Əməkdar idman ustası Natiq Bağırov haqqında kitab hazırlanıb
  
Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri və dzü-do ustası Natiq Bağırov haqqında kitabın təqdimatı keçirilib. İradə Əliyevanın "Natiq Bağırov – idman onun həyatıdır” adlı miniatür kitab Belarus Respublikasının Milli Kitabxanasında ictimaiyyətə təqdim olunub. 
Azərbaycanın əməkdar mədəniyyət xadimi, Miniatür kitab müzeyinin direktoru Zərifə Salahovanın aparıcılığı ilə keçən təqdimat mərasimində Belarus Respublikasının Azərbaycandakı birinci səfiri Nikolay Patskeviç, Belarusun əməkdar idman ustası Vladimir Yaprinçev və başqaları çıxış edib. Çıxış edənlər sambo və dzü-do üzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu, Belarusun Əməkdar idman ustası Natiq Bağırovun idmançı karyerasından, Belarusda idmanın inkişafına veridiyi töhfələrdən danışıblar. Çıxışlarda idmanda qazandığı uğurlarla yanaşı, Natiq Bağırovun diaspor sahəsindəki fəaliyyətindən də bəhs edilib. Qeyd olunub ki, 30 ilə yaxındır Minskdə yaşayan soydaşımız həm bir idmançı, həm də diaspor rəhbəri kimi Azərbaycanı tanıdır və təbliğ edir. Tədbirin sonunda "Sarı gəlin” rəqs qrupu çıxış edib.
Qeyd edək ki, Bakıda dünyaya gələn 53 yaşlı idmançı Belarus İdman Komitəsinin dəvətilə 1987-ci ildə Minskə köçüb və orada idmançı, məşqçi kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdə İtaliya və Xorvatiyada da çalışan idman ustası hazırda Belarusun dzü-do üzrə milli komandasına rəhbərlik edir. Eyni zamanda diaspor sahəsində də fəaliyyət göstərən Natiq Bağırov 1997-ci ildə Minskdə "Qobustan” Mədəni-Maarif İctimai Birliyinin sədri secilib, 2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədri, eyni zamanda Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentidir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Natiq Bağırov 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Şohrət” ordeni ilə təltif edilib.

 Qısa arayış: Natiq Nadir oğlu Bağırov — sambo və dzu-do uzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu, Belarusun Əməkdar idman ustası

1964-cu il sentyabrın 7-də Bakı şəhərində anadan olmuşdur[1].
1971-1981-ci illərdə Bakı şəhəri 211 saylı orta məktəbdə təhsil almışdır.
1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft mədənləri fakultəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu bitirmişdir.
1983-cu ildə SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
1986-1987-ci illərdə "Qiproneftqaz” ETİ-də muhəndis vəzifəsində calışmışdır.
1987-ci ildə Belarus Respublikasının İdman Komitəsinin dəvəti ilə Minsk şəhərinə kocmuş, orada idmancı və məşqci kimi fəaliyyət gostərmişdir. İdman Nazirliyində mutəxəssis vəzifəsində calışmışdır.
1992-1993-cu illərdə İtaliyada məşqci kimi fəaliyyət gostərmişdir.
1995-ci ildə Belarus hokuməti tərəfindən Əməkdar idman ustası adı ilə təltif olunmuşdur.
1996-1997-ci illərdə Xorvatiyada işləmiş, sambo və dzu-do uzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu olmuşdur.
2002-ci ildən Belarus Respublikasının dzu-do uzrə Milli komandasının baş məşqcisi vəzifəsində işləyir.
1996-2002-ci illərdə Minsk şəhərində Beynəlxalq Humanitar-İqtisadi İnstitutunun "Beynəlxalq munasibətlər” uzrə mutəxəssisi, ingilis və alman dillərinin referent-tərcuməcisi mutəxəssisi ixtisasını almışdır.
1997-ci ildə Minsk şəhərində fəaliyyət gostərən "Qobustan” Mədəni-Maarif İctimai Birliyinin sədri secilmişdir.
2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədridir.
2004-cu ildə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti secilmişdir.
2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Şohrət” ordeni ilə təltif edilmişdir.


Oxunub: 550






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim