reklam
USD
23 ℃
EUR
BAKI

DOST mərkəzləri müasir Azərbaycanın siması kimi

XƏBƏR / 21.09.2019 23:03

DOST mərkəzləri müasir Azərbaycanın siması kimi

 

 

Azərbaycan dövlətinin vətəndaşlarına qayğı və diqqətinin, himayə və yardımının getdikcə yüksələn, yeni, müasir tələbatlara cavab verən, innovativ yenilikləri özündə ehtiva edən nümunələri olduqca təqdirəlayiqdir. Son illər ərzində davamlı şəkildə həyata keçirilən bu uğurlu layihələr sırasında yer alan DOST Agentliyi qısa müddət ərzində özünün dəyər və əhəmiyyətini cəmiyyətə təqdim etməyə nail olub.

Bu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) publik hüquqi şəxsin yaradılması ilə bağlı Fərman imzalayaraq, məqsədi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması olan bir qurumun təməlini qoydu. İnnovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məramı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış DOST Agentliyi öz fəaliyyətini DOST mərkəzləri vasitəsilə idarə edir, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirir.

DOST mərkəzlərinin fəaliyyətinin təşkili

Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən DOST mərkəzlərində xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Həmin xidmətlərin siyahısında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə 126 xidmət əhatə olunur. Vətəndaşların bilavasitə telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilir, bu məqsədlə mərkəzlərdə vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlər həyata keçirilir. Qeyd olunan istiqamətlərdə, habelə İKT-nin və innovativ həllərin geniş tətbiqinə əsaslanan infrastrukturun qurulub, elektron sistemlərin qarşılıqlı inteqrasiyası təmin olunub, "e-sosial” internet portalının və sosial reyestrin formalaşdırılması işləri başa çatdırılır. Mərkəzlərin iş mexanizmi elə qurulub ki, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi, müraciət edən vətəndaş üçün rahatlığı, tam şəffaflığı ilə ictimai məmnunluğa səbəb olsun. DOST-un əhatə etdiyi kontingentin qayğıya ehtiyacı olan insanları ehtiva etdiyi nəzərə alınarsa, onlarla nəzakətli və rahat davranmanın sosial-psixoloji tərəfi xüsusi önəm kəsb edir, müştəri məmnunluğu amilini vətəndaş-cəmiyyət həmrəyliyi müstəvisinə daşıyır.

"Vətəndaş - dövlət qulluqçusu” münasibətlərinin

inkişafında DOST mərkəzlərinin rolu

Agentliyin yaradılması "vətəndaş - dövlət qulluqçusu" münasibətlərinin inkişafı kontekstində daha bir uğur olaraq artıq müsbət rəylər almaqdadır. DOST mərkəzinə müraciət edən hər bir vətəndaşın hansı sosial təminat növü (pensiya, ünvanlı sosial yardım, sosial müavinət, işsizlikdən sığorta və s.) ilə təmin olunmaq hüququnun olub-olmadığı elektron məlumat bazalarında onunla bağlı məlumatların operativ araşdırılması nəticəsində dərhal müəyyən olunur. Belə bir hüquq yarandığı halda vətəndaş elə mərkəzdəcə aidiyyəti sənədləri təqdim etməklə təyinat aparılaraq, müvəkkil banka onun üçün ödəniş kartı sifariş edilir. Yaxud işsiz və işaxtaran şəxs mərkəzdə onun üçün bütün mümkün məşğulluq xidmətləri (əmək bacarığına və seçiminə uyğun vakant iş yerinə göndəriş əldə etmək, özünüməşğulluq proqramına və ya peşə hazırlığına, ödənişli ictimai işə cəlb edilmək və s.) təqdim edilir və seçiminə uyğun təminat həyata keçirilir. Həmçinin reabilitasiya, sosial sığorta münasibətləri, sosial xidmətə cəlb olunma və digər sahələr üzrə xidmətlər göstərilir. DOST mərkəzlərində müvafiq sahələr üzrə sənədlər (arayış, vəsiqə və s.) çevik şəkildə hazırlanaraq fiziki və hüquqi şəxslərə təqdim olunur.

DOST Agentliyi Azərbaycan dövlətinin

ən uğurlu layihələrindən biridir

Beləliklə, DOST Agentliyi və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərin ilkin yol xəritəsi hazırdır. Tarixi aspektdən yanaşsaq, məlum olduğu kimi, publik hüquqi şəxslər doktrinası 200 il bundan əvvəl ilk dəfə Fransanın dövlət quruculuğunda yaradılaraq istifadə edilib və sonradan Almaniyada tətbiq edilməyə başlanıb. Azərbaycanda publik hüquqi şəxslər ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur və onların fəaliyyət göstərməsi və təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Azərbaycandakı publik şəxslər sırasında özəl yeri olan, adındakı dayanıqlılıq və operativlik məqamlarına uyğun gələn, dost məfhumunun ehtiva etdiyi anlayışlara tam cavab verən yeni brend - DOST qısa müddət ərzində müasir Azərbaycanın siması kimi gündəmə gəlməyə və fəaliyyəti ilə özünü doğrultmağa nail oldu. DOST Agentliyinin yaradılması Azərbaycan brendi olan "ASAN xidmət”in cəmiyyətdə yaratdığı müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır və bu missiyanı uğurla həyata keçirir. Xalq tərəfindən DOST-a verilən qiymət, bəslənən münasibət əsas meyardır. Gündən-günə inkişaf edən ölkəmiz regionun lider dövləti olmaqla yanaşı, həm də bütün dünyanın diqqətini çəkən layihələri ilə gündəmdədir. Azərbaycan dövlətinin inkişafı üçün bütün səylərini səfərbər edən dövlətimizin başçısının bütün səylərinin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının daha artıq dərəcədə təmin olunması durur. Ölkəmiz vətəndaşının mənafelərini təmin etmək istiqamətində öz nümunəvi xidmətləri ilə dünyanın bir çox dövlətlərini qabaqlayır. Həmin nümunəvi xidmətlərin ən bariz nümunəsi Prezident İlham Əliyevin təşəbbüsü isə yaradılan və xalqa şərəflə xidmət etməkdə olan DOST mərkəzləridir.

Oxunub: 306






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim