Zaqatala Rayon İcra Hakimiyyətində 2019-cu ilin altı ayının yekunları ilə bağlı müşavirə keçirilmişdir
CANLI TV / 24.09.2019 21:28
Zaqatala Rayon İcra Hakimiyyətində
2019-cu ilin altı ayının yekunları ilə bağlı müşavirə keçirilmişdir
Zaqatala Rayon İcra
Hakimiyyətində 2019-cu ilin altı ayının yekunları ilə bağlı müşavirədə
rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə hesabat məruzəsi ilə çıxış
edərək bildirmişdir ki, Prezident İlham Əliyevin ixracyönümlü istehsal, emal və
infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində
verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Zaqatala rayonunda
zəruri tədbirlər davam etdirilmiş. Builki mövsümdə zaqatalalı fermerlər 615,2
hektar sahədə tütün yetişdirilmişdir. Tütün əkini, bitkinin becərilməsi və
məhsul yığımı işlərinə, ümumilikdə, 1842 nəfər mövsümi işçi cəlb
edilmiş,hazırda sahələrdə yaşıl tütünün dərimi davam edir. Yaz mövsümündə 255
hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının sahəsi 19
min 760 hektara çatdırılmış, builki mövsümdə rayonda 52 ton 945 kiloqram yaş
barama istehsal edilmiş, məhsul istehsalı ötən illə müqayisədə 4 ton 841
kiloqram artmışdır.
Diqqətə çatdırılıb ki,
Zaqatala rayonu üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də
gülçülükdür. Cari ilin yaz mövsümündə "AzRose” MMC-nin ərazisində 20 hektarda
yeni qızılgül plantasiyası salınaraq, cəmiyyətə məxsus plantasiyaların ümumi
sahəsi 181 hektara çatdırılıb. Plantasiyaların 144,8 hektarında "Dəməşq
qızılgülü”, 36,2 hektarda isə "Lavanda” gülü əkilib. Ötən müddətdə bar verən
sahələrdən 280 ton qızılgül, 26 ton lavanda ləçəyi tədarük edilib, müəssisə
tərəfindən 70,5 litr qızılgül və 1034 litr lavanda yağı istehsal edilib.
Hesabat dövründə rayonda
ekoloji məsələlər diqqət mərkəzində saxlanılıb, 20,5 hektar sahədə mədəni meşə
əkini aparılıb. Bundan əlavə, 14 hektar sahədə fındıq, qoz və şabalıd
ağaclarından ibarət aqrobağ salınıb.
Diqqətə çatdırılıb ki,
cari ilin birinci yarısında rayonda bütün maliyyə mənbələri hesabına 11 milyon
852 min manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülüb.
Prezidentin müvafiq
Sərəncamının icrası olaraq, əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi
ilə Əliabad qəsəbəsində, Lahıc və Yengiyan kəndlərində subartezian quyuları
qazılıb, Aşağı Tala kəndində isə subartezian quyusunun qazılmasına başlanılıb.
2024-04-16
00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi
00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək
00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər
23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib
2024-04-08
23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb
23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə
23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR
22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət
22:10 Daha bir deputatın mandatı ləğv olunacaq
22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK
23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib
23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Təqvim