reklam
USD
23 ℃
EUR
BAKI

SOCAR AQŞ Türkiyədə yeraltı qaz anbarlarının inşası layihəsinə başlayır

XƏBƏR / 17.10.2019 23:38
SOCAR AQŞ Türkiyədə yeraltı qaz anbarlarının inşası layihəsinə başlayır

Oktyabrın 17-də İstanbulda SOCAR AQŞ ilə "China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsi arasında "Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi çərçivəsində müqavilə imzalanıb.

carciTV xəbər verir ki, müqaviləyə əsasən, SOCAR AQŞ Duz gölü ərazisində 40 quyunu qazaraq sifarişçiyə təhvil verəcək. Nəzərdə tutulan müqavilənin dəyəri 100 milyon ABŞ dolları civarındadır.

"China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsinin baş direktoru Mehmet Murat Kurtuluş bildirib: "Bu layihə iki şirkət və nəticədə Azərbaycanla Türkiyə arasında əməkdaşlığın yeni vüsət almasına, dərinləşməsinə təkan verəcək. "Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi Türkiyənin "mavi yanacağa” olan tələbatının davamlı təminatı baxımından müstəsna əhəmiyyətə malikdir. Bu missiyanın uğurla həyata keçirilməsində SOCAR AQŞ-nin də böyük rolu olacaq”.

SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev deyib: "SOCAR AQŞ ölkəmizdən məhsul və xidmətlərin ixracının artırılmasında dövlət siyasətimizə uyğun olaraq, qazma sahəsində xidmətlərin göstərilməsi istiqamətində regionda nəhəng tenderlərdə uğurla iştirak edir. Bugünkü müqavilənin imzalanmasına nail olmağımız çox qürurvericidir. Biz, qardaş Türkiyə dövlətinin enerji təhlükəsizliyinin başlıca sahələrindən biri hesab edilən yeraltı qaz anbarlarının tikintisində iştirakımızı yüksək qiymətləndirir və bu istiqamətdə gələcək əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.

Layihə çərçivəsində qazılacaq quyularda 4 milyard kubmetr təbii qazın ehtiyatda saxlanılması nəzərdə tutulur.

Türkiyədə quruda qazma bazarında özünə layiqli yer tutan ilk milli müəssisə olan SOCAR AQŞ Azərbaycan qazma sahəsinin 150 ildən çox zəngin tarixinə söykənərək bu layihənin icrası zamanı gənc türk mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına da öz töhfəsini verəcək.

Qeyd edək ki, SOCAR AQŞ 2007-ci ildə SOCAR və Abşeron Qazma Şirkətinin şirkətinin təsis etdiyi, kompleks qazma və quyu xidmətləri göstərən müştərək müəssisədir. Şirkətin göstərdiyi xidmət sahəsinə neft və qaz quyuların qazılması, quyuların layihələndirilməsi və planlaşdırılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması kimi fəaliyyətlər daxildir. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.

Hazırda SOCAR AQŞ Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu "Günəşli”, "Qərbi Abşeron”, "Ümid” və "Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır. Şirkətdə 1112 əməkdaş çalışır, onların da tam əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. SOCAR AQŞ Ukrayna və Banqladeşdə də fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirir.

2009-cu ildən etibarən şirkət Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors - IADC) üzvüdür. SOCAR AQŞ inteqrə olunmuş qazma və quyu xidmətlərinin göstərilməsi sahəsində API Spec Q2- Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikat ilə təltif olunub. SOCAR AQŞ regionda API Spec Q2 sertifikatı ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir.

SOCAR AQŞ ötən ilin noyabrında BMT Qlobal Sazişinə qoşulub.

Müəssisənin səhmdarları SOCAR, "Nobel Oil Services” və "Abşeron Qazma” MMC-dir.


Oxunub: 372






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim