reklam
USD
21 ℃
EUR
BAKI

Gürcüstanda beynəlxalq media nümayəndələri üçün press-tur təşkil edilib Gürcüstan Milli Turizm Administrasiyasının təşəbbüsü ilə Tbilisidə beynəlxalq media nümayəndələrinin press-turu start götürüb.

MARAQLI / 20.10.2019 23:56
Gürcüstanda beynəlxalq media nümayəndələri üçün press-tur təşkil edilib

Gürcüstan Milli Turizm Administrasiyasının təşəbbüsü ilə Tbilisidə beynəlxalq media nümayəndələrinin press-turu start götürüb. Tur Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf və Xarici İşlər nazirliklərinin təşkilatçılığı ilə oktyabrın 22-23-də keçiriləcək İpək Yolu Forumu (Silk Road Forum) çərçivəsində təşkil edilib. Turda Azərbaycan, ABŞ, Qətər, İran, Fransa və Bolqarıstandan jurnalistlər iştirak edirlər.

carciTV xəbər verir ki, dünən press-tur çərçivəsində jurnalistlər Gürcüstanın Kaxetiya regionunda, Gürcüstanın tanınmış ictimai xadimi, şair knyaz Aleksandr Çavçavadzenin muzeyində, habelə çaxır zavodunda olublar.

Bu gün media təmsilçiləri Qori və Kutaisi şəhərlərinə gedəcəklər. Qoridə onlar "Kartli” külək elektrik stansiyasında, Kutaisidə azad sənaye zonasında, "AE Solar” günəş modulları fabrikində və şəhər aeroportunu da ziyarət edəcəklər.

Sonra İpək Yolu Forumu işə başlayacaq. Forumda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı gözlənilir.

Forumun missiyası yüksəkvəzifəli siyasətçilər, biznesmenlər və birlik liderləri arasında ticarət və rabitəyə dair mühüm məsələlərin müzakirəsi, Şərq ilə Qərbi birləşdirən Yeni İpək Yolu boyunca ölkələrin üzləşdikləri problemlərin öyrənilməsi, habelə regiona və dünya iqtisadiyyatına müsbət təsir göstərən ümumi həllərin tapılması üçün yüksək səviyyədə çoxtərəfli beynəlxalq platforma rolu oynamaqdan ibarətdir.

Forumun birinci günü ayrıca qruplararası müzakirələr çərçivəsində ticarət, süni intellekt, nəqliyyat və energetika ilə bağlı məsələlərin tam spektrini müzakirə etmək imkanı verir. İkinci gün isə Gürcüstanın özəl sektoruna və investisiya imkanlarına həsr edilib.

Forum çərçivəsində aktual məsələlərə dair müxtəlif paralel tədbirlər keçiriləcək. Hazırda müasir nəqliyyat və rabitə sistemləri ilə əvəzlənmiş qədim ticarət yolları əmtəə, mədəni, texnologiya və bilik mübadiləsi magistralları olaraq qalır. Nəqliyyat dəhlizləri müasir beynəlxalq ticarətin miqyasının və sürətinin artması fonunda daim inkişaf edir. Ölkələr və müəssisələr diqqətlərini yaranan imkanlara yönəldirlər, eyni zamanda, beynəlxalq və regional dialoqlar əvvəlki kimi açıq tipli qarşılıqlı iqtisadiyyat ətrafında cəmləşib. İstehsal şəbəkələri, transmilli korporasiyalar və onların istehsal-satış şəbəkələri müxtəlif ölkə və regionlarda öz iştirakını genişləndirirlər. Hökumətlər isə ticarəti maneələrin azaldılması və azad ticarət haqqında sazişlərin imzalanması yolu ilə genişləndirmək üçün səylər göstərirlər. Bu fonda texnologiyalar vasitəsilə dayanıqlı inkişafa nail olmaq, habelə sənayenin və infrastrukturun modernləşdirilməsi yolu ilə regionda inklüziv inkişafa kömək etmək son dərəcə əhəmiyyətlidir.

Bu il foruma təqribən 2 min iştirakçı, o cümlədən siyasi liderlər, ekspertlər və beynəlxalq təşkilatların, beynəlxalq maliyyə təsisatlarının və müəssisələrin nümayəndələri toplanacaq. Onlar regional və qlobal ticarət və əlaqələri səmərəli müəyyən edən amilləri öyrənəcəklər.

Süni intellekt, onun dünya iqtisadiyyatının inkişafına təsiri, dünya ticarətinin dəyişən landşaftı, Yeni İpək Yolu çərçivəsində nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün yeni imkanlar, habelə energetika sahəsində enerji dəhlizləri boyunca təhlükəsizliyin artırılması vasitəsilə birləşmə əsas müzakirə mövzuları olacaq.

Qeyd edək ki, 2015-ci və 2017-ci illərdə Tbilisidə keçirilmiş I və II İpək Yolu forumları böyük beynəlxalq marağa səbəb olub. Qədim ticarət yolu olan İpək Yolu uzun əsrlərboyu Mərkəzi Asiyadan keçməklə Çini Avropa ilə birləşdirib. İpək Yolunun inkişaf etdirilməsi Gürcüstan hökumətinin əsas prioritetlərindən biridir. O, bu istiqamətə xeyli sərmayə yatırır.


Oxunub: 317






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim