reklam
USD
18 ℃
EUR
BAKI

70 yaşlı gəlin, 80 yaşlı oğul, 105 yaşlı ana

MARAQLI / 26.10.2019 23:30

70 yaşlı gəlin, 80 yaşlı oğul, 105 yaşlı ana


Ölkəmizdə uzunömürlü ailələrə daha çox cənub bölgəsində rast gəlinirsə, indi söhbət açacağımız ailə Ağsu rayonunda yaşayır. Bu ailədə gəlinin 70, oğulun 80, ananın 105 yaşı var.


carciTV xəbər verir ki, 1915-ci ildə Ağsu rayonunun Abasxanlı kəndində doğulan Sadatbəyim Mehdiyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Sadatbəyim nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır. Nənənin sözlərinə görə, yaşadığı illər ərzində xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub.

Söhbət zamanı Sadatbəyim nənə bildirir ki, bir qədər tez ailə qursa da, xoşbəxt ola bilməyib: "Yoldaşım İkinci Dünya müharibəsinə yollananda övladlarım balaca idi. Müharibədə həlak oldu. Bütün çətinliklər mənim üzərimdə qaldı”.

Nənənin sözlərinə görə, 1970-ci illərə qədər əzab-əziyyətli günləri çox olub: "İndi Allaha şükür, Azərbaycan gözəlləşib və inkişaf edib. O vaxt nəqliyyat kimi atlar və öküzlərdən istifadə edərdik. Amma indi hamının maşını var. Bakıdan Sumqayıta qədər yükümüzü belimizdə daşıdığımız vaxtlar olub. Allah Azərbaycan xalqından belə gözəl dövranı almasın. Bu, görünməyən bir tarixdir. Heyf ki, ömrümüzün bu yaşına təsadüf edib”.

Sadatbəyim nənə zəhmətkeş əməkçi kimi xidmətlərinə görə bir neçə dəfə medal ilə də təltif edilib.

Nənənin 70 yaşlı gəlini Zemfira Mehdiyeva deyir ki, uzunömürlü və sağlam yaşamaq üçün bəzi məqamlara diqqət etmək lazımdır: "Düzdür, ömrü verən Allahdır, amma gərək sən də özünü gözləyəsən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz. Mənim 70, yoldaşımın 80, qayınanamın da 105 yaşı var. Əlli beş ildir ki, bu evə gəlin gəlmişəm”.

Sadatbəyim nənənin 80 yaşlı oğlu Sabir baba uzun illər mexanizator işləyib. Hazırda təqaüddə olan baba deyir ki, işləmək və halal qazanc əldə etmək insanı qocaltmaz. "Halal işləsən, halal qazansan, qazandığını evə gətirib ailənlə mehriban olsan, can deyib, can eşitsən – əlbəttə ki, insan o evdə çox yaşayar”, - deyə o qeyd edib.

105 yaşlı Sadatbəyim nənənin iki övladı, 13 nəvəsi, 27 nəticəsi, 11 kötükcəsi var. Yaşının çox olmasına baxmayaraq, özünü gümrah və xoşbəxt hesab edir.




Oxunub: 386






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim