reklam
USD
9 ℃
EUR
BAKI

“Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

CANLI TV / 29.10.2019 09:15
"Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq "Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

carciTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

"Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov bildirdi ki, yarımstansiyada 110/35/10 kV-luq 40 MVA gücündə iki yeni transformator quraşdırılıb, bununla da yarımstansiyanın gücü artırılaraq 80 MVA-ya çatdırılıb. Yarımstansiyanın yenidən qurulması ilə 110 kV-luq qidalandırıcı elektrik verilişi xətlərinin əlaqələnmə sxemlərinin dəyişdirilməsi mümkün olub. Bununla da "Şəki” Elektrik Stansiyası, "Ağsu” və "Ağdaş” qovşaq yarımstansiyaları arasında 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin etibarlılığı artırılıb.

Qəbələ rayonunda 21375 abonent, o cümlədən 20112 əhali və 1263 qeyri-əhali abonenti və bir sıra istehsal və infrastruktur obyektlərinin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, 110, 35 və 10 kV-luq yeni paylayıcı qurğular inşa olunub və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.

Qeyd edildi ki, indi istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu məqsədlə əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, qəza açılmalarının minimuma endirilməsi, kənd təsərrüfatının inkişafı məqsədilə suvarma sistemlərinin elektrik enerjisi ilə təminatı üçün ilkin profilaktik tədbirlərin görülməsi, qeyri-neft sektorunun, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan yeni texnologiyaların tətbiqi və maddi-texniki bazanın müasirləşdirilməsi başlıca prioritetlərdəndir.

Vurğulandı ki, dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq, regionlardakı istehlakçıların elektrik enerjisi təchizatı Bakı şəhərindəki səviyyəyə çatdırılmalıdır və bu istiqamətdə silsilə tədbirlər davam etdirilir. Hazırda ölkəmizin bütün ərazilərində perspektiv inkişaf nəzərə alınmaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsinə yönələn tədbirlər geniş vüsət alıb. Paylayıcı elektrik şəbəkələrində informasiya-kommunikasiya texnologiyalarının və ən müasir standartlara cavab verən idarəetmənin geniş tətbiqi də maksimum diqqətdə saxlanılır.

Prezident İlham Əliyev "Qəbələ” elektrik yarımstansiyasını, eyni zamanda, 110/35/10 kilovoltluq "Ağdaş” elektrik yarımstansiyasını işə saldı.

Qeyd edək ki, 2005-ci ildə istifadəyə verilən "Ağdaş” yarımstansiyasının istismar müddəti bitdiyindən artan tələbatı qarşılaya bilmirdi və onun yenidən qurulması zərurətə çevrilmişdi. Yarımstansiya tam yenidən qurularaq gücü 41 MVA-dan 50 MVA-ya çatdırılıb, 110 kV-luq açıq paylayıcı qurğu inşa edilib, avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşulub. Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi və şəbəkə ilə əlaqələndirilməsi, Ağdaş və Ucar rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması bu rayonlarda elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına xidmət edəcək. Ümumilikdə, son vaxtlarda Ağdaşda 195 kilometr müxtəlif gərginlikli elektrik veriliş xətti çəkilib, 3600 ədəd dayaq quraşdırılıb.


Oxunub: 305






SON XƏBƏRLƏR

2024-03-28

23:10 Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunmuşdur

Product image

2024-03-27

01:29 TƏDBIR KEÇİRİLMİŞDİR

Product image

00:24 “Global Times” qəzeti Azərbaycan-Çin münasibətlərini “Dostluğun qızıl standartı” hesab edir

Product image

00:19 Müdafiə Nazirliyi: Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin tərk etdiyi növbəti dayaq məntəqəsi aşkarlanıb

Product image

00:01 Moldova nümayəndə heyəti AŞPA-ya Azərbaycanla bağlı çağırış ünvanlayıb

Product image

2024-03-19

01:06 Bakıda Yeni Hava Limanı Tikilir

Product image

00:47 Bir çox iş axtaran üçün yeni ümid yeri - İşəgötürənlər öz vakansiyalarını gizlədə bilməyəcəklər

Product image

00:44 Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər VİDEO

Product image

00:35 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva

Product image

00:25 Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib VİDEO

Product image

00:20 Bu gün Torpaq çərşənbəsidir

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image

22:30 "Qarabağ" möhtəşəm qələbəyə görə futbolçularını MÜKAFATLANDIRDI - Hər oyunçuya...

Product image

23:40 Messi və Ronaldo: Son 20 ilin ən dəyərlisi kim olub?

Product image
Təqvim