reklam
USD
21 ℃
EUR
BAKI

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

XƏBƏR / 10.11.2019 11:50
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb


Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq sözdə deyil. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olub. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapıb. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapıbdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır.

carciTV xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 91-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində söyləyib.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin noyabr ayından 2019-cu ilin yanvar ayınadək olan dövrü əhatə edir.

Çoxcildliyin 91-ci kitabında Prezident İlham Əliyevin Belarus və Türkmənistan respublikalarına, Rusiya Federasiyasına rəsmi və işgüzar səfərləri çərçivəsində keçirdiyi görüşlər, habelə imzalanan sənədlər haqqında informasiyalar, dövlət başçılarının mətbuata birgə bəyanatlarının mətnləri yer alıb. Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran, ABŞ və digər dövlətlərin, NATO-nun yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə dair informasiyalar verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin paytaxtımızda iqtisadi, sosial, mədəni infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, XXIV Azərbaycan Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisi – "BakuTel-2018" ilə tanışlığına dair materiallarla, "Rossiya-24" televiziya kanalına müsahibələrinin mətnləri ilə də tanış ola bilər.

Nəşrdə dövlətimizin başçısının Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə respublikanın ədliyyə işçilərinə və hakimlərə, Azərbaycan müəllimlərinin XV qurultayının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının iştirakçılarına məktubları, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına, Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbriklərinin mətnləri və digər məktublar toplanıb.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 91-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


Oxunub: 289






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim