reklam
USD
19 ℃
EUR
BAKI

Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir

XƏBƏR / 10.11.2019 21:15
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov başda olmaqla nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun hərbi hissələrindən birində əsgər valideynlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dövlət Bayrağı Günü münasibətilə keçirilən andiçmə mərasimində və "Açıq qapı günü” ilə əlaqədar tədbirdə iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan heykəli önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra hərbi hissədə gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Gənc əsgərlər sıra meydanında Vətənə sədaqət andı içiblər.

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı bir daha şəxsi heyətin diqqətinə çatdırılıb.
Bayram nitqi ilə çıxış edən Müdafiə naziri Ali Baş Komandanın ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusu sürətlə inkişaf edir, ölkənin hərbi qüdrətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə olunub.
Nazir qeyd edib ki, ordumuz müasir silah və hərbi texnika ilə silahlanır, yeni hərbi hissələr, yaşayış kompleksləri inşa edilərək istifadəyə verilir. Bütün bunlar bizə imkan verir ki, Azərbaycan Ordusunun qoşun növləri, hərbi hissələri və bölmələrinin döyüş qabiliyyətini, o cümlədən şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək səviyyədə saxlayaq, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirək, xalqımızın ordusuna və işğal olunmuş torpaqların tezliklə azad olunacağına inamını daha da artıraq, gənc nəsli isə hərbi xidmətə həvəsləndirək.
"Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalı, nümunəvi və nizam-intizamlı olmalı, sərəncamındakı ən müasir silah və hərbi texnikanı bacarıqla tətbiq etməyi bacarmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır. Azərbaycan Ordusunun gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır”, - deyə Müdafiə naziri bildirib.
Nazir Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti təbrik edərək onlara uğurlar arzulayıb.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.
Əsgər valideynləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi xidmətlə əlaqədar onları maraqlandıran sualları cavablandırıb, bir sıra məsələlərin həlli ilə bağlı müvafiq vəzifəli şəxslərə göstərişlər verib.
Sonra "Açıq qapı günü” çərçivəsində Müdafiə naziri tədbir iştirakçıları ilə birlikdə hərbi hissədə təşkil olunan "Azərbaycanın tarixi bayraqları” sərgisinə baxış keçirib. Tədbir iştirakçılarına tarixin müxtəlif dövrlərinə təsadüf edən dövlət bayraqları haqqında ətraflı məlumat verilib.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında geniş konsert proqramı ilə davam edib.
Tədbirin sonunda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.


Oxunub: 273






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim