Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib

XƏBƏR / 22.11.2019 21:59
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib


Noyabrın 22-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiya Federasiyasına səfəri çərçivəsində Gənclərlə İş üzrə Federal Agentliyin rəhbəri Aleksandr Buqayev və "Vahid Rusiya” Partiyasının "Gənc Qvardiya” təşkilatı ilə ikitərəfli görüşlər keçirib.

carciTV xəbər verir ki, qurumlar arasında əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələrin inkişafı, Rusiyada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai, siyasi, mədəni həyatında daha yaxından və fəal iştirakı, onların Rusiya cəmiyyətinə inteqrasiyasının təmin edilməsi məsələləri görüşlərin əsas müzakirə mövzusu olub.

Görüşlərdə, həmçinin istedadlı və ictimai fəal gənclərin innovativ ideya və təşəbbüslərinin təşviqi, gənc sahibkarların işgüzar fəaliyyətinin, o cümlədən onların təklif etdikləri startap layihələrinin dəstəklənməsi, eyni zamanda, forumlar, sərgilər və digər kütləvi tədbirlərdə birgə iştirakın təmin olunması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam həyat tərzinin təbliği və onların intellektual potensialının artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi təklif olunub.

Gənclərin məşğulluğu mövzusuna toxunan tərəflər azərbaycanlı gənclərin Rusiyada işlə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilə biləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti sahəsində əldə olunan nailiyyətlər, bu sahədə təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələrin inkişafı da müzakirə edilən mövzular arasında olub.


Oxunub: 114



SON XƏBƏRLƏR

2020-07-03

Product image

18:18 Azərbaycanda 583 nəfər koronavirusa yoluxub, 7 nəfər isə vəfat edib.

Product image

15:09 Məzuniyyətə çıxıb rayona getmək istəyənlərin nəzərinə! - DYP-dən AÇIQLAMA

Product image

14:21 Xüsusi karantin rejimində marketlər işləyəcək? - AÇIQLAMA

Product image

14:19 AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat etdi

Product image

14:09 DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir

Product image

10:09 Leyla Əliyevanın doğum günüdürTƏBRİK EDİRİK!

Product image

10:04 "Möhtəşəm həyat yoldaşısan" - Emin Ağalarovdan Leyla Əliyevaya TƏBRİK EDİRİK!

Product image

01:22 Operativ Qərargah: Xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır

Product image

01:19 Şənbə və bazar bu şəhərlərdə bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - SİYAHI

Product image

01:09 Azərbaycanlı həkim virusunun dərmanı tapdı: Milyonlarla insan xilas oldu

2020-07-01

Product image

02:03 Qəbul və buraxılış imtahanları birləşdirilə bilər - VAHİD İMTAHAN

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışırYüz minlərlə insan küçələrə çıxdı!

Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO

İDMAN Product image

23:56 Çempionlar Liqasının təqvimi AÇIQLANDI

Product image

00:37 Elxan Məmmədovun sədrliyi ilə UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin iclası keçirilib

Product image

00:31 “Azərreyl” klubu ABŞ voleybolçusu ilə müqavilə imzalayıb

Təqvim