reklam
USD
16 ℃
EUR
BAKI

Rusiyalı bir qrup iş adamı Azərbaycanda işgüzar səfərdə olub

XƏBƏR / 09.12.2019 23:37
Rusiyalı bir qrup iş adamı Azərbaycanda işgüzar səfərdə olub


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), "ASK Business Consulting" (ABK) şirkətinin və Rusiyanın "Экспо-Контракт” şirkətinin təşkilatçılığı ilə Orenburq vilayətini təmsil edən sahibkarlar Azərbaycan şirkətləri və dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçiriblər.

carciTV xəbər verir ki, B2B formatında görüşlərdə öz məhsul və xidmətlərini təklif edən Rusiya şirkətləri Azərbaycan bazarına böyük maraq göstərdiklərini bildiriblər.

Orenburq vilayətinin İxraca Dəstək Mərkəzinin rəhbəri Darya Makarova vurğulayıb ki, Azərbaycanda böyük bazar var və Rusiyadan ölkəmizə xeyli məhsul idxal olunur. Azərbaycan bizim prioritet bazarlar sırasına daxildir. Azərbaycanda çalışmaq istəyən istənilən sahibkarımızı dəstəkləməyə hazırıq.

Mərkəzin rəhbəri, həmçinin yaxın gələcək üçün əməkdaşlıq planlarının artıq hazır olduğunu qeyd edib.

İxraca Dəstək Mərkəzinin layihələr üzrə rəhbəri Kvarç Georgi Boqdanoviç təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ixracı subsidiyalaşdırmaq, faktorinq, sövdələşmələrin hazırlanmasında sahibkarlara dəstək olan mərkəz nəticədə ixracla bağlı sahibkarların bütün risklərinin azalmasına kömək edir: "Biz Azərbaycanda məhsullarımızın sərgisini keçirməyi planlaşdırırıq. Düşünürük ki, həmin sərgidə ölkəniz üçün gətirdiyimiz məhsullarla bərabər, Rusiya bazarı üçün maraqlı ola biləcək Azərbaycan məhsulları da nümayiş etdirilsin. Biznesə qarşılıqlı yanaşmanı və hər iki ölkənin tələbatının ödənilməsini həyata keçirməyi planlaşdırırıq”.


Oxunub: 326






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim