reklam
USD
15 ℃
EUR
BAKI

“Gilan Holding”in dəstəyi ilə Bakıda ilk dəfə maneəli ekstremal yarışma keçiriləcək

CANLI TV / 23.11.2017 23:38
23 sentyabrda FHN Təlim-Tədris mərkəzində "Gilan Holding”in, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə Bakıda ilk dəfə maneəli ekstremal yarışma keçiriləcək.
"Mübarizlər” layihəsi ekstrimsevərlərə fəal istirahətin tam yeni formatını təklif edir - çətin keçilən ərazidə maneəli qaçış.
Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. "Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.
Komanda iştirakı üçün 5 km uzunluğu olan trası fəth etmək lazımdır. Çempionat iştirakçılarını isə 10 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.
Çətin marşrutu seçənlər çempionat iştirakçısı olmaqla 30 000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparacaqlar. İlk 10 yerin sahibi pul mükafatına layiq görüləcək.
Hər iki format üçün parking, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinaları və geyinib-soyunma otaqları nəzərdə tutulub.
İdman formasından asılı olmayaraq yarışmada istəyən hər kəs iştirak edə bilər –sadəcə mubarizler.az saytında qeydiyyatdan keçmək kifayətdir.
Hal-hazırda maneəli yarışmalar bütün dünyada məhşurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilərək, bu yarışmalar artıq klassik idman növlərini geridə qoyur.
Dünyanın ən məhşur trendlərdən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirlərlə ünsiyyat yaratmaq üçün bu unikal şansı əldə etməyi sizə təklif edirik.
Layihənin məlumat dəstəyini APA agentliyi təqdim edir.
Yarışma haqqında daha ətraflı məlumatı bizim saytdan və ya ictimai şəbəkələrdən əldə edə bilərsiniz.


Oxunub: 521






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim