Fazil Mustafa xalq şairinə və alimə cavab verdi
Cəmiyyət / 23.11.2017 23:38
Rusiyada çıxışımda qeyd etdim ki, biz yalnız türk mədənyyətinin deyil, rus və başqa mədəniyyətlərin də daşıyıcılarıyıq. Mətbuatda "rus mədəniyyəti” ifadəsi yanlış olaraq "slavyan mədəniyyəti” kimi qeyd olundu. Mahiyyətcə bir şey dəyişmir, maraqlıdır ki, dəyərli ziyalılarımız nəyə etiraz edirlər?
Bu sözləri millət vəkili Fazil Mustafa "biz həm də slavyan mədəniyyətinin daşıyıcılarıyıq” ifadəsinə və ziyalıların bu fikrə etirazına münasibət bildirərkən qeyd edib. F.Mustafa vurğulayıb ki, biz türkük, ancaq yalnız türk mədəniyyətinin daşıyıcısı deyilik:
"Dünyada təkcə öz mədəniyyətinin daşıyıcısı olan hansısa dünyadan təcrid olunmuş Afrika xalqı ola bilər. Məgər 1918-ci ildə Cümhuriyyət quruluşunu biz türk mədəniyyətindən əxz etdik? Yaxud islamı türk mədəniyyətindən götürdük? Qori Müəllimlər Seminariyasıını türk mədəniyyətindən ilhamlanaraq həzm etdik? Bizim kültürümüz, öncəlikli mədəniyyətimiz əlbəttə türk mədəniyyətidir, ancaq eyni zamanda, Qərb mədəniyyətinin də, rus mədəniyyətinin də, ərəb mədəniyyətinin də, İran mədəniyyətinin də bir çox ünsürlərini özümüzdə daşıyırıq. Eyni zamanda, Anadolu türkləri Bizans mədəniyyətinin daşıyıcılarıdır, ruslar da Böyük Çöl (türk) mədəniyyətinin daşıyıcılarıdır, burada etirazın əsasını doğrusu anlamaq olmur. Əgər vətənpərvər görünmək naminə deyilməlidirsə ki, biz ancaq və ancaq türk mədəniyyətinin daşıyıcılarıyıq, bu mənlik məsələ deyil. Faktla danışa bildimmi?”
Qeyd edək ki, F.Mustafanın "Moskva-Bakı oxu” konfransında çıxışı zamanı"biz təkcə türk yox, həm də slavyan (rus) mədəniyyətinin daşıyıcısıyıq”sözlərinə xalq şairi Sabir Rüstəmxanlı və tarixçi alim Kərəm Məmmədovetiraz etmişdilər. K.Məmmədov Fazil Mustafanı faktla danışmağa çağırmışdı.
2025-11-03
01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində
01:14 TƏMƏNNA
00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
