"Enerji təhlükəsizliyi tam təmin edilib" - Nazir
İqtisadiyyat / 19.10.2018 11:13
Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi də potensialını gücləndirib.
Carci.tv xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.
Onun sözlərinə görə, Rusiya, Gürcüstan, Türkiyə vəİranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu artıb.
"Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 2,4 mlrd. kVt-s elektrik enerjisi idxal edilirdisə, 2017-ci ildə bu göstərici 107,8 mln. kVt-s-a qədər azalıb. İxrac isə əksinə, 1,282 mlrd. kVt-s-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində 107,4 mln. kVt-s idxala qarşı 750,6 mln. kVt-s elektrik enerjisi ixrac edilib. Gürcüstana 587,9 mln. kVt-s,İrana 72,6 mln. kVt-s, Rusiyaya 76,6 mln. kVt-s, Türkiyəyə 13,45 mln. kVt-s elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 59,9 mln. kVt-s,İrandan 24,4 mln. kVt-s, Gürcüstandan 23,1 mln. kVt-s olub".
Nazir qeyd edib ki, enerji təhlükəsizliyi tam təmin edilib, digər ölkələrdən enerji asılılığı aradan qaldırılıb:
"İndi Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlər qazansa da, əsas hədəflər hələ qarşıdadır. Onlara çatmaq üçün ölkənin elektrik enerjisi sisteminin müasir standartlara uyğunlaşdırılmasını, elektroenergetika potensialından səmərəli istifadəni, elektrik enerjisi ilə təchizatın dayanıqlığını və ümumi sistemin fəaliyyətinə təhlükə yaradacaq risklərdən sığortalanmanı təmin edən kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bu məqsədlə Azərbaycan RespublikasıEnergetika Nazirliyitərəfindən beynəlxalq şirkət cəlb edilməklə cari ilin aprel-iyul aylarında elektrik stansiyalarında diaqnostika aparılıb və araşdırmalar əsasında "Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası Proqramı” hazırlanıb. Bütün modul tipli elektrik stansiyalarını, eləcə də "Cənub”, "Şimal” və "Sumqayıt” istilik elektrik stansiyalarını əhatə edən proqram üç il müddətində həyata keçirilməlidir. Eyni zamanda, stansiyaların fəaliyyətində istifadə olunan avadanlıqların istehsalçıları ilə bağlanacaq servis müqavilələri hesabına elektrik enerjisinin istehsalı üzrə yanacaq sərfinin optimallaşdırılması nəzərdə tutulur".

2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim