reklam
USD
5 ℃
EUR
BAKI

Şirkətlərinin rəhbərlərindən rüşvət alan vəzifəli gömrükçülər həbs edilib

XƏBƏR / 13.01.2019 10:07
Dövlət Gömrük Komitəsinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin carcitv.az-a daxil olan birgə məlumatında bildirilib ki, müxtəlif şəxslərin adlarına "Camex” daşıma şirkəti vasitəsilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və sənədlərdən aldatma yolu ilə istifadə edilməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məlumat daxil olub.

Həmin daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 8 ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkarlanaraq götürülüb.

Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə aparılmış ilkin araşdırmalar nəticəsində ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş kommersiya təyinatlı yüklərin saxta sənədlərdən istifadə olunaraq aldatma və Azərbaycan Respublikasının gömrük orqanlarına düzgün bəyan edilmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, habelə bu məqsədlə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri tərəfindən xidmət üzrə ümumi himayədarlıq müqabilində müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət alınması, eləcə də səhlənkarlıq faktlarına görə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işi aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Baş İdarədə aparılmış istintaqla Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayevin postun rəis müavini Rəşad Rzayevlə qabaqcadan əlbir olub xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni "Camex” və "Mover” Məhdud Məsuliyyətli cəmiyyətlərinin ölkəyə gətirdiyi və gömrük baxışında olan ayrı-ayrı şəxslərə məxsus malların rəhbəri olduğu gömrük postunda baxışının tam şəkildə həyata keçirilmədən qısa müddətə yekunlaşdırılmaqla malların şirkətlərin əməkdaşlarına və mal sahiblərinə təqdim edilməsinə görə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda "Camex” MMC-nin icraçı direktoru Qurban Mərdanovdan aylıq 6 min manat olmaqla cəmi 18 min manat, habelə "Mover” MMC-nin icraçı direktoru Arif Şəmistanlıdan aylıq 6 min manat olmaqla, cəmi 12 min manat məbləğində pulu özü və qabaqcadan əlbir olduğu Rəşad Rzayev üçün sonuncu vasitəsilə rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. İ.Abdullayevə və R.Rzayevə Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci, 311.3.3-cü maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Oxunub: 390






SON XƏBƏRLƏR

2025-02-01

00:49 Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası açıqlama yayıb

Product image

00:34 Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Product image

00:25 SOCAR “Tamar” layihəsində pay alıb

Product image

00:06 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib Prezident İlham Əliyev müşavirədə çıxış edib

Product image

2025-01-19

22:04 Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

Product image

21:40 BİR QƏRİNƏ, İKİ İL

Product image

14:07 Qərənfil

Product image

13:51 20 Yanvar faciəsi

Product image

13:23 2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri

Product image

13:14 18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

Product image

13:10 Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim