reklam
USD
9 ℃
EUR
BAKI

Məhəmməd Babanlı: İlk dəfə olaraq maqnit xassəli topoloji izolyator materialları sintez edilib

MÜSAHİBƏ / 13.09.2019 23:20
Məhəmməd Babanlı: İlk dəfə olaraq maqnit xassəli topoloji izolyator materialları sintez edilib



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi ilə müştərək "Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar" beynəlxalq elmi laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada yeni nəsil innovativ funksional materiallar olan topoloji izolyatorların sintezi və xarakterizə edilməsi sahəsində geniş tədqiqatlar aparılır.

Bunu institutun direktor müavini, "Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar” beynəlxalq elmi laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı deyib.

O bildirib ki, bu tədqiqatlar AMEA-nın Fizika İnstitutunun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və bir çox ölkələrin (İspaniya, Almaniya, İtaliya, Fransa, Rusiya, Yaponiya və s.) qabaqcıl elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri ilə sıx kollaborasiya şəraitində həyata keçirilir. Son illərdə laboratoriyada bir sıra mühüm elmi nəticələr alınıb və dünyanın ən nüfuzlu beynəlxalq elmi jurnallarında, o cümlədən "Nature Communications” (Böyük Britaniya), "ACS Nano”, "Nano Letters”, "Physical Review Letters” (ABŞ) və digər nəşrlərində 20-dən artıq birgə məqalələr çap etdirilib. Bu elmi nəticələr gələcəyin elektronikası olan spintronikanın yaradılmasında mühüm rol oynayacaq. Bundan əlavə, topoloji izolyatorların tibdə və təhlükəsizlik sistemlərində sağlamlıq üçün zərərsiz və daha həssas skanedici detektorlar kimi tətbiq olunacağı gözlənilir.

"AMEA-nın Rəyasət Heyətinin qərarı ilə laboratoriya 2019-cu ildən yeni beynəlxalq proqram üzərində işləyir. Artıq ilk nailiyyətlər əldə edilib. Dünya praktikasında ilk dəfə olaraq maqnit xassəli topoloji izolyator materialları sintez edilib. Bu son nəticələr artıq dünya alimlərinin diqqətini cəlb edib və onlara xeyli sayda istinadlar olunub”, - deyə alim əlavə edib.


Oxunub: 506






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim