reklam
USD
23 ℃
EUR
BAKI

“Etibar Pirverdiyev vəzifədən çıxarılandan sonra...” - “Azenco”-nun işçiləri 2 aydır maaş almır

XƏBƏR / 14.02.2020 00:21
"Etibar Pirverdiyev vəzifədən çıxarılandan sonra...” - "Azenco”-nun işçiləri 2 aydır maaş almır

 

"Etibar Pirverdiyev vəzifədən çıxarılandan sonra...” - "Azenco”-nun işçiləri 2 aydır maaş almırHələ ötən ilin əvvəllərindən Azərbaycanın ən böyük və tanınmış enerji tikinti şirkətlərindən olan "Azenco” ASC-nin maliyyə durumunun ağırlaşması barədə məlumatlar yayılmışdı. Bunun əsas səbəbi isə bu şirkətin sahibi olduğu bildirilən Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin vəzifədən azad edilməsindən sonra "Azenco”-nun dövlətin iri layihələrindən pay ala bilməməsi göstərilirdi.

Mətbuatda sözügedən şirkətdə xeyli sayda işçinin ixtisara salındığına dair məlumatlar yayılmışdı. İndi isə məlum olur ki, şirkət artıq işçilərinə əmək haqqı verməkdə də ciddi çətinliklərlə üzləşib. Belə ki, "AzPolitika.info”-ya müraciət edən şirkətin bir qrup işçisi 2 aydır "Azenco”-dan maaş ala bilmədiklərini qeyd edir və bu problemin ölkə rəhbərliyi səviyyəsində qaldırılmasını xahiş edirlər. Müraciətdə "Etibar Pirverdiyev vəzifəsindən çıxarılandan sonra "Azərenerji” bizə iş vermir” deyə qeyd olunur. Bu, E.Pirverdiyev postunu itirəndən sonra şirkətin dövlət sifarişlərindən məhrum edildiyini təsdiqləyir.

Xatırladaq ki, "Azenco" uzun müddət enerji sektorundakı iri layihələri həyata keçirib, bu layihələrin baş podratçısı və subpodratçısı olub. "Mərkəzi İstehsal Təmir" müəssisəsinin 2000-ci ildə özəlləşdirilərməsi nəticəsində yaranan "Azenko" Etibar Pirverdiyev «Bakı elektrik şəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri postunu tutan dövrdən sürətlə böyüməyə başlayıb və enerji sektorundakı layihələrin həyata keçirilməsində faktiki olaraq inhisarçı şirkətə çevrilib. E. Pirverdiyevin "vurulmasınadək" elektroenergetika sənayesinin bütün layihələrində iştirak edən "Azenco" "Dövlət Bayrağı Meydanı" və "Bakı Kristal Hall" layihələrinin tikintisini də həyata keçirib.

2018-ci ilin sentyabrında E.Pirverdiyev "Azərenerji"-nin prezidenti vəzifəsini itirdikdən sonra "Azenco"ya yeni layihələrin verilməsi dayandırılıb və şirkətin "qara günləri” başlayıb. Lakin göründüyü kimi, bu prosesdən sözügedən şirkətin sahibindən daha çox sıravi əməkdaşları, fəhlələr əziyyət çəkirlər.

carciTV


Oxunub: 467






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim