reklam
USD
17 ℃
EUR
BAKI

DGK-da həbslərin DAVAMI OLACAQ... - GƏLİŞMƏ

XƏBƏR / 22.03.2020 23:21
DGK-da həbslərin DAVAMI OLACAQ... - GƏLİŞMƏ



Bir neçə gün əvvəl məlumat yayıldı ki, Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə, külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırma aparılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı, "Mercedes” markalı yük maşını saxlanılıb. Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları – Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu həbs eyni ərazidə gömrükçülərin həbs edilməsi baxımından ilk hadisə deyil və buna qədər də iki il əvvəl Xaçmaz Gömrük İdarəsinin "Yalama” Gömrük postunun böyük inspektorunun qollarına qandal vurulmuşdu və o, ağır cinayətdə ittiham olunurdu.

Bütün bu faktları xatırladan mötəbər mənbə DİA.AZ-a bildirir ki, əslində anoloji əməliyyatlar gömrük komitəsinin istənilən strukturunda keçirilsə, hətta DGK-nın əsas binasında da belə bir hüquqi araşdırma aparılsa, xeyli sayda həbslər baş verər: "Səfər Mehdiyev gələndən gömrük komitəsində islahat görüntüsü yaradıldığı faktdır. Amma reallıq isə tamam başqadır. Təbii ki, hüquq-mühafizə orqanları öz işlərini layiqincə görürlər, bundan sonra da görəcəklər. Amma görünəni odur ki, DGK rəhbərliyi bu araşdırmaların qarşısında əngəl rolunu oynayır ki, bu da səbəbiz deyil".

Mənbə iddia edir ki, amma nəhayətdə Səfər Mehdiyev də gücsüz duruma düşəcək: "Görünəni budur və artıq Samur Gömrük postundan başlanan həbslərin digər DGK strukturlarına da çatacağı şübhəsizdir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Oxunub: 777






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim