reklam
USD
16 ℃
EUR
BAKI

Vahid Əhmədov: - “Ola bilməz ki, işləyənlərə nəsə verək, rəsmi işləməyənlərə yox”

REPORTAJ / 02.04.2020 01:00
"Ola bilməz ki, işləyənlərə nəsə verək, rəsmi işləməyənlərə yox” – Vahid Əhmədov


 
Prezident İlham Əliyev martın 31-də İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərək ölkə iqtisadiyyatının qarşısında duran problemlər və onların həlli ilə bağlı danışıb.

Ölkə başçsı kölgə iqtisadiyyatına da toxunub. Sitat: «... Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbirli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi. Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb və ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu öz gündəliyindən çıxarıbdır. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər. Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır...»

Deputat Vahid Əhmədov Prezidentin çıxışını «Turan» agentliyinə şərh edərkən bildirib ki, kölgə iqtisadiyyatı ilə mübarizə son vaxtlar gündəmdədir: «Dünən iqtisadiyyat naziri M. Cabbarov prezidentə məruzəsində kapital və əmlak leqallaşdırılmasına da toxundu. Bu da çox ciddi məsələdir. Prezidentin göstərişləri çox ciddidir və bu istiqamətdə iş gedir».

V.Əhmədov hesab edir ki, bunun nəticəsi ilk rübün sonunda, ilin axırında büdcəyə əlavə daxilolmalarda özünü göstərəcək: «Əgər o vəsaitlər gələcəksə, deyə biləcəyik ki, kölgə iqtisadiyyatı Azərbaycanda azalır, ya da minimum səviyyədədir».

Vahid Əhmədov həmçinin hökumətin açıqladığı "xilas” paktini də şərh edib: «Hesab edirəm ki, yardımlar hamıya edilməlidir. Xüsusilə günəmuzd işləmişlərə, imkanları olmayanlara. Onlara mütləq yardım edilməlidir. Bu barədə təkliflər verilib. Əgər sahibkara yardım ediriksə, bu, birbaşa müqaviləsi olanlara edilən yardımdır. Günəmuzd işləmiş insanların siyahısı olmalıdır. İndi deyirlər ki, guya siyahı yoxdur. Siyahı yoxdursa, bu məsələ çoxdan həll edilməli idi. Hər bir rayonun icra başçısından bu məlumatlar alınmalı, ümumi kompüterə salınmalı, həllini tapmalı idi. Ola bilməz ki, işləyənlərə nəsə verək, amma günəmuzd işləmişlərə yardım etməyək. Dövlət başçısı da dedi ki, yardım olmalıdır, bu həftədən başlamalıdır».

"carciTV"


Oxunub: 705






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim