reklam
USD
24 ℃
EUR
BAKI

Samirə Əfəndi iki il ölkəmizi “Avroviziya”da təmsil edəcək

MARAQLI / 15.05.2020 17:42
Samirə Əfəndi iki il ölkəmizi "Avroviziya”da təmsil edəcək


"İnanmırdım ki, "Avroviziya-2020” keçirilməyə bilər. Amma dünyaya yayılan koronavirus pandemiyası ilə bağlı müsabiqə ləğv olundu. Buna çox üzüldüm. Sonra bizə xəbər verdilər ki, müsabiqənin konsert variantı onlayn şəklində keçiriləcək”.

carciTV xəbər verir ki, bunu "Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək gənc müğənni Samirə Əfəndi "İctimai televiziya”da yayımlanan "Sabahın xeyir, Azərbaycan!” səhər proqramında qonaq olarkən deyib.

Samirə sabah onlayn formatda keçiriləcək "Avroviziya” şousu barədə bunları söyləyib:

"Avroviziya” təşkilatçıları sabaha möhtəşəm konsert təşkil ediblər. Onlar tamaşaçı ilə görüşməyimizə şərait yaratdılar. "Avroviziya” tarixində onlayn konsert olmayıb. Bu, ilkdir. Tamaşaçılar maraqlı və sürpriz dolu anların şahidi olacaqlar”.

Proqramda qonaq olan "Eurovision: Europe Shine A Light” adı altında mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif müsabiqənin pərdəarxası məqamlarından danışıb:

"Əsas odur ki, yarışmada qalib və məğlub olmayacaq. Bu il "Avroviziya” müsabiqə yox, konsert formatında keçiriləcək. Həyəcansız musiqili festival olacaq. "Avroviziya” fanatlarını bir araya gətirən möhtəşəm şou olacaq.

Bu, Avropanın ən reytinqli və baxımlı televiziya layihəsidir. "Avroviziya”ya alternativ müsabiqə yoxdur. Mahnıların hamısı təqdim ediləcək. Tamaşaçıları iki saatlıq rəngarəng şou gözləyir”.

M.Arif ölkəmizi nüfuzlu müsabiqədə təmsil edən S.Əfəndinin ünvanına da təriflər yağdırıb:

"Samirə mənim favoritlərimdən biridir. Beş ildir, deyirəm ki, "Göndərin bu qızı müsabiqəyə”. O qədər ürəkdən dedim ki, Samirə iki il ard-arda ölkəmizi "Avroviziya”da təmsil edəcək”.

Qeyd edək ki, musiqi şousuna təmsilçimiz Samirə Əfəndi onlayn-konsertə "Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq. Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də, ötənilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.


Oxunub: 345






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim