reklam
USD
13 ℃
EUR
BAKI

Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir

CANLI TV / 29.05.2020 01:12
Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir


Xəbər verdiyimiz kimi, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun adına ABŞ-ın Nyu-York şəhərində "Riverside Boulevard” 120 ünvanında 2 mənzil alınıb.

carciTV xəbər verir ki, Nyu-York Vergi Departamentindən verilən məlumatda mənzillərin 2015-ci il iyun-iyul aylarında 4,2 milyon dollara alındığı bildirilib.

Qeyd edək ki, yayılan bu məlumat ölkə mətbuatının diqqətini XİN başçısı Elmar Məmmədyarova çevirib. 16 ildən çoxdur yüksək vəzifə daşıyan XİN başçısı Elmar Məmmədyarov Azərbaycanın tanınmış 2 ailəsinin övladıdır. Elmar Məmmədyarovun 95 yaşlı atası Məhərrəm Məmmədyarov hal-hazırda Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir. Qeyd edək ki, Məhərrəm Məmmədyarov bu vəzifədə 51 ildir çalışır. Məhərrəm Məmmədyarovun anası Cəvahir xanım Naxçıvanın məşhur ailələrindən olan Kəlbalıxanovlardandır.

Elmar Məmmədyarovun anası İzida İbrahimbəyova isə Şamaxının məşhur ailələrindən olan İbrahimbəyovlardandır. Elmar Məmmədyarovun ana babası Fuad İbrahimbəyov Azərbaycanda eksperimental psixologiyanın əsasını qoyan tanınmış psixoloqdur. Fuad İbrahimbəyov qardaşı isə Respublika Coğrafiya Cəmiyyətinin üzvü, coğrafiya elmləri doktoru Məmmədibrahim İbrahimbəyovdur. Məmmədibrahim İbrahimbəyovun övladları isə tanınmış yazıçı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov və Maqsud İbrahimbəyov qardaşlarıdır.


Oxunub: 384






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim