reklam
USD
17 ℃
EUR
BAKI

Azərbaycanın hərbçilərinin Moskvadakı paradda iştirakı xalqımızın bu Qələbədəki roluna yüksək ehtiramın göstəricisidir

MÜSAHİBƏ / 25.06.2020 00:47
Azərbaycanın hərbçilərinin Moskvadakı paradda iştirakı xalqımızın bu Qələbədəki roluna yüksək ehtiramın göstəricisidir



Azərbaycan hərbçiləri faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Moskvada təşkil olunan paradda iştirak etdilər. Bu paradda onlar bütün dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdilər. Hərbçilərimiz paradda Azərbaycan istehsalı olan silahlarla keçid etdilər. Bu da ordumuzla yanaşı, hərbi sənayemizin də çox böyük uğuru kimi dəyərləndirilməlidir.

carciTV xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov hərbçilərimizin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Moskvada keçirilən hərbi paradda iştirakından danışarkən qeyd edib.

C.Xəlilov bildirib ki, ümumiyyətlə, hərbi paradda 14 minə yaxın hərbçi iştirak edib. Rusiya hərbi qulluqçuları ilə yanaşı, meydanda 13 ölkənin hərbçiləri addımlayıblar. İlk olaraq Qızıl meydana Azərbaycan hərbçiləri çıxdılar. Azərbaycan Silahlı Qüvvələrinin 75 hərbçisindən ibarət dəstəsi hərbi marşla Qızıl meydanda tribunalar önündən keçdilər. Paradın aparıcısı xatırlatdı ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.

Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb ki, Qələbə paradında hərbçilərimizin iştirakı xalqımızın bu tarixi zəfərdəki roluna yüksək ehtiramın göstəricisidir və onun bu Qələbədəki rolundan xəbər verir. Eyni zamanda, xalqımız faşizm üzərində Qələbənin qazanılmasında böyük fədakarlıqlar göstərib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının şücaətləri hər zaman hörmətlə anılıb.

C.Xəlilov əlavə edib ki, ümumiyyətlə, Azərbaycan sovet dövründə də ordu quruculuğu prosesinə töhfəsini verib. 1941-1945-ci illərdə faşizmə qarşı mübarizədə azərbaycanlı hərbçilər böyük rəşadətlər göstəriblər. Azərbaycanlılardan ibarət beş milli diviziya bu müharibədə böyük qəhrəmanlıqlara imza atıb. O dövrdə hərbçilərimiz göstərdikləri igidliklərə görə, sadəcə, SSRİ-nin deyil, həm də faşizmə qarşı mübarizədə iştirak edən digər dövlətlərin orden və medallarına layiq görülüblər. 60-cı illərin sonunda Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sovet ordusunda azərbaycanlıların rolu artıb. Azərbaycan gənclərinin SSRİ-də bir sıra ali hərbi məktəblərə müsabiqəsiz qəbul edilməsinə nail olunub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, daha sonra bu təhsil ocağının məzunlarının SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsi Azərbaycanda zabit kadrlarının hazırlanmasına təkan verib. Məhz Ulu Öndərimiz azərbaycanlıların sovet ali hərbi məktəblərinə qəbulu ilə bağlı çətinlikləri ortadan qaldırıb. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı ordu quruculuğu prosesinə də böyük təkan verib. Bu, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və ordumuz qarşısındakı tarixi və çoxsaylı xidmətlərindən biri olub. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını da bərpa edib.

"Hazırda Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sırasında yer tutub. Ordumuz müasir texnika, silah-sursatla təmin edilib. Ölkəmizdə müasir hərbi hissələr və şəhərciklər yaradılıb. Bir müddət əvvəl keçirilən hərbi təlimlər dünyada böyük maraq doğurub. Silahlı Qüvvələrimizin əsgərləri dünyanın bir sıra ölkələrində sülhməramlı missiyasını həyata keçirməkdədir. Kadrlarımız yalnız ölkəmizdə deyil, həm də Rusiya, Türkiyə və digər ölkələrin ali məktəblərində yetişdirilir.

Qələbənin 75 illiyi ilə əlaqədar Respublika Veteranlar Təşkilatı ölkəmizdə və ondan kənarda İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlarla bağlı təbliğat-maarifləndirmə işləri aparır. Təşkilat Qələbənin qazanılmasında azərbaycanlıların rolu, tarixi saxtalaşdırmalara qarşı mübarizə istiqamətində də ciddi işlər görür.

Böyük Vətən müharibəsi bizim şanlı tariximizdir. O dəhşətli müharibədə misilsiz şücaətlər göstərən qəhrəman oğul və qızlarımız bu gün də hörmətlə xatırlanır və 75 il keçsə də, onların qazandığı tarixi Qələbə əhəmiyyətini itirmir”, - deyə Cəlil Xəlilov vurğulayıb.


Oxunub: 578






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim