reklam
USD
6 ℃
EUR
BAKI

Naxçıvanda yeni meyvə bağı salınıb

REPORTAJ / 03.04.2021 23:09
Naxçıvanda yeni meyvə bağı salınıb


Naxçıvan Muxtar Respublikasında ekoloji mühitin qorunması insanların sağlam həyat şəraitində yaşamasına xidmət edir. Bu səbəbdən də yaşıllaşdırma tədbirləri mütəmadi olaraq davam etdirilir, yaşıllıq zolaqlarının sahəsi genişləndirilir, ətraf mühit qorunur. İnsanlara təbiətə qayğı hissi aşılayan yaşıllaşdırma tədbirləri, xüsusilə iməciliklərin keçirilməsi həm də kənd təsərrüfatının mühüm qolu olan meyvəçiliyin inkişafına təkan verir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 3-də muxtar respublikada yaz mövsümünün ilk iməciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  kollektivləri Uzunoba gölünün ətrafında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları 7 hektar ərazidə 1600 müxtəlif meyvə və üzüm tingləri əkib, aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.

Məlumat verilib ki, bu ilin yaz əkini dövründə muxtar respublikada 231 hektardan artıq sahədə meyvə və üzüm bağları salınacaq, yaşıllaşdırma, bərpa əkinləri aparılacaq, toxmacarlıq yaradılacaq və toxumla əkin həyata keçiriləcəkdir. Əkin zamanı 120 mindən artıq müxtəlif meyvə və meşə tinglərindən, 1300 kiloqram toxumdan istifadə olunacaqdır.

Həmin gün, ümumilikdə, muxtar respublikanın bütün rayonlarında 20 hektar ərazidə yeni meyvə bağı və yaşıllıq zolaqları salınıb, 12 mindən artıq ting əkilib. 9 hektar ərazidə isə bərpa əkini aparılıb.


Oxunub: 324






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim