reklam
USD
30 ℃
EUR
BAKI

Bu əkin subsidiyaları niyə ləğv olunub? - AÇIQLAMA

CANLI TV / 12.09.2021 19:34

Bu əkin subsidiyaları niyə ləğv olunub? - AÇIQLAMA


Azərbaycan hökuməti ölkədə pambıq, şəkər çuğunduru və tütün istehsalını stimullaşdırmağın, fermerlərin daha çox məhsul ortaya qoymasının yolunu tapıb.

"carciTV" xəbər verir ki, söhbət adları çəkilən məhsullar üzrə əkin subsidiyalarının ləğv olunmasından, əvəzində məhsul subsidiyalarının məbləğinin kəskin artırılmasından gedir.

Bununla bağlı Aqrar Subsidiya Şurasının qərarını "Report"a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov şərh edib: "Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat deyil, 170 manat, Virciniya növü üzrə yaşıl tütünün hər tonuna görə 5 manat deyil, 26 manat, digər növ üzrə quru və yaşı tütünün hər tonuna görə müvafiq olaraq 50 manat və 5 manat deyil, 180 manat və 18 manat, şəkər çuğundurunun hər tonuna görə isə 4 manat deyil, 12 manat (əvvəl 4 manat) məhsul subsidiyası alacaqlar.

Pambıqda məhsul əmsalı yalnız Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına, tütündə məhsul əmsalı isə yalnız Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir".

Fermerlər dövləti aldadıb?

Aqrar Subsidiya Şurasının qərarı pambıq, şəkər çuğunduru və tütün əkən fermerlərin indiyə qədər dövləti aldatması təsəvvürü yaratsa da, V.Hüseynov bununla razılaşmır, deyir ki, məqsəd kənd təsərrüfatı istehsalçılarını daha məhsuldar işləməyə sövq etməkdir: "İndiyə qədər fermer 50 sentrner (5 ton) pambıq verirdisə, 500 manat məhsul subsidiyası alırdı. Ona həmçinin 220 manat əkin subsidiyası verilirdi. Yəni, İkisi birlikdə 720 manat edirdi. Bundan sonra isə yalnız 850 manat məhsul subsidiyası alacaq. Arada 130 manat fərq var".

"Suallar yarana bilər ki, niyə biz bu qərarı taxıla və digər bitkilərə tətbiq etmirik? Çünki bu 3 bitki üzrə tədarük sistemi var, torpaq sahəsi olan fermerlər şirkətlərlə müqavilə bağlayırlar. Məsələn, şirkət fermeri toxum, gübrə, texnika ilə təmin edir, onun sahəsində pambıq əkilir və məhsul yetişir. Yenə şirkət fermeri texnika ilə təmin edir, məhsulu yığırlar. Şəkər çuğunduru və tütün də həmçinin. Yəni, bu 3 məhsulun alıcısı əvvəlcədən məlum olduğu üçün onları məhsul subsidiyasına keçirmək asan idi və bunu etmişik. Amma digərlərində bu cür mexanizm hələlik mövcüd deyil. Aqrar Susbidiya Şurası bazardakı təlabatları nəzərə alaraq qərar qəbul edirş Bu baxımdan bu 3 bitki növü üzrə məhsul subsidiyasına keçidin müsbət nəticələrini 2022-ci ildə görəcəyik. Pambıqçı fermerlərin böyük əksəriyyəti ilə görüşmüşük, onlar bu qərarı dəstəkləyirlər. Gəlir əldə etmək üçün, daha çox subsidiya əldə etmək üçün yeganə tələb daha çox məhsul istehsal etməkdir".


Oxunub: 270






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim