QARABAĞA BÖYÜK QAYIDIŞ

MÜSAHİBƏ / 20.10.2021 02:31

QARABAĞA BÖYÜK QAYIDIŞ


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi Qarabağ iqtisadi rayonu erməni işğalından azad edilmiş tarixi ərazilərimizin əsl statusudur. Vaxtilə Sovet Rusiyasının 1923-cü ildə yaratdığı qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti heç bir hüquqi statusa malik olmayan qurum kimi təkcə Azərbaycan ərazisində çar Rusiyası tərəfindən köçürülmüş ermənilərə yox, həm də Ermənistana dəstək vermək üçün formalaşdırılmış süni inzibati qurum idi. Bolşevik Rusiyasının rəhbərləri Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaqla gələcəkdə imkan yarandıqca bu ərazilərin Ermənistana verilməsini daha asan yolla təmin etmək məqsədini düşünmüşdülər. Buna görədir ki, Sovet hökumətinin XX əsrin səksəninci illərinin axırları və doxsanıncı illərin əvvəllərində ölkə üzrə yaratdığı millətlərarası münaqişələrin qızışdırılması siyasətini Dağlıq Qarabağda da tətbiq etməklə və Ermənistan tərəfinə hərbi dəstək verməklə Qarabağın işğal edilməsinə nail olması məhz yüz ildən çox davam etdirilmiş həmin məkrli siyasətin təzahürləri idi. 
    Bütün bunlara görə müstəqil Azərbaycan Respublikası Vətən müharibəsində Qarabağda işğal faktını aradan qaldırdıqdan sonra haqlı olaraq həmin qondarma muxtar qurumun bərpa edilməsinə heç cür razılıq verə bilməzdi. Artıq Dağlıq Qarabağdakı muxtariyyət beynəlxalq hüququn tələblərinə cavab verməyən, zorakılıq yolu ilə yaradılmış qeyri-qanuni inzibati vahid kimi tarixin arxivinə göndərilmişdir. Keçmiş qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti adlı süni qurumun əvəzinə yaradılmış Qarabağ iqtisadi rayonu işğaldan sonrakı Azərbaycanın tərkibində Qarabağın ən real statusunu müəyyən edir. 
    Qarabağ iqtisadi rayonu - ölkəmizin 14 iqtisadi rayonundan biri kimi bu regionu əhatə edən qədim Azərbaycan diyarında müstəqil dövlətimizin müəyyən etdiyi proqram əsasında, burada yaşayan bütün xalqların iştirakı ilə yenidən qurulub inkişaf etdiriləcək tarixi ərazimizdir. Regionun erməni əhalisi də respublikamızın digər bölgələrində yaşayan başqa azsaylı xalqlarla bərabər hüquqlar əldə edərək, onlar üçün yaradılmış multikultural mühitdə yaşayıb-yaratmaq imkanları qazana biləcəkdir. 
    Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın inzibati-ərazi bölgüsündə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması da tarixi ədalətin bərpa edilməsi deməkdir. Bolşeviklər tərəfindən 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun işğal edilərək daşnak Ermənistanına verilməsi fürsət yarandıqda ətraf ərazilərin, xüsusən də Naxçıvan ərazisinin də nə vaxtsa Azərbaycandan qopardılıb Ermənistana birləşdirilməsi məqsədi daşımışdır. Çünki sovet-bolşevik Rusiyası Ermənistanın timsalında SSRİ-nin qərb sərhədlərində özünün hərbi bazasını qurmaq, forpostunu yaratmaq niyyətində olmuşdur. Məhz həmin niyyətlə Qərbi Zəngəzur işğal olunmuş və Ermənistana hədiyyə edilmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyun 2021-ci il tarixli sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması vaxtilə işğal edilmiş Qərbi Zəngəzurun hüdudlarında müstəqil Azərbaycan dövlətinin sərhədlərinin daha da möhkəmləndirilməsinə və bu iqtisadi rayonun inkişafına xidmət edir. 
    Şərqi Zəngəzur iqtisadi rayonu həm də region dövlətlərinin hərtərəfli inkişafına geniş imkanlar yaradacaq Zəngəzur dəhlizinin yaradılmasına açılmış qapıdır. Məhz Zəngəzur dəhlizi vasitəsilə yaradılacaq dəmir yolu və avtomobil qovşaqları ilə Azərbaycanın iqtisadi rayonları ilə ölkəmizin ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin yenidən bərpa olunması təmin olunacaqdır. Zəngəzur nəqliyyat dəhlizinin yaradılması eyni zamanda, regionda Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının da iqtisadi maraqlarına tam cavab verir. 
    Həmçinin Ermənistan tərəfinin blokadadan çıxması, region dövlətləri və Rusiya Federasiyası ilə əlaqələrinin yaradılması baxımından da Zəngəzurun nəqliyyat magistralları əlverişli imkanlar yaradacaqdır. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat qovşağı kimi də Zəngəzur dəhlizi iqtisadi inkişaf üçün geniş perspektivlər açacaqdır. Bütün bunlara görə Şərqi Zəngəzurun yeni iqtisadi rayon kimi təsis edilməsi və Zəngəzur nəqliyyat qovşağının yaradılması təşəbbüsləri Vətən müharibəsindən sonra meydana çıxmış Böyük Qayıdışın masştabını, geniş əhatə dairəsini real surətdə əks etdirir. Şərqi Zəngəzur iqtisadi rayonu və Zəngəzur nəqliyyat dəhlizi Böyük Qayıdışın Qarabağdan - dünya magistrallarına doğru inkişaf ritmlərini əks etdirir.
    Göründüyü kimi, Vətən müharibəsindəki Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi Böyük Qayıdış Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat - logistika qovşaqlarının formalaşdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan hərəkat səviyyəsində mövcud olan dövlət əhəmiyyətli proqramdır. Qarabağa yenidən və əbədi dönüşlə üzvi surətdə əlaqədar olan və eyni zamanda üç dövlətin: Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Sazişin mühüm müddəalarından biri olaraq, Zəngəzur dəhlizinin açılması və regionda bütün kommunikasiyaların bərpa edilməsi kimi aktual məsələni də nəzərə alsaq, Böyük Qayıdışın dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir hərəkat olduğunu təsəvvür edə bilərik. Buna görə də Böyük Qayıdış öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional, həm də beynəlxalq hadisədir.

Yusuf HAQVERDİYEV,
Mehdiabad Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəsi


Oxunub: 24





SON XƏBƏRLƏR

2021-12-08

Product image

00:51 Akademik Musiqili Teatrda Premyera - "Beş manatlıq gəlin”

Product image

00:28 Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq

Product image

00:08 Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib

2021-12-06

Product image

16:52 Amnistiya ilə əlaqədar məhbuslar ən çox hansı ərazilərdən azadlığa buraxılıb?

Product image

16:20 Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək?

Product image

16:00 4,7 milyon manatlıq layihə üzrə müqavilə imzalanıb: Yüzdən çox yeni iş yeri yaradılacaq

Product image

15:18 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfərə gəliblər

Product image

14:58 Meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar

2021-12-05

Product image

20:31 ŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMAŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMA

Product image

20:07 Əhaliyə BƏD XƏBƏR: Yanacağın, gediş haqqlarının QİYMƏTİ KƏSKİN BAHALAŞIR

Product image

19:58 Bir limonun sizin üçün edə biləcəyi budur!

2021-12-04

Product image

01:39 Xocavəndə DƏHŞƏTLİ HÜCUM: Ermənilər TERRORİZMİ AKTİVLƏŞDİRDİ

Product image

01:24 SİRLƏR AÇILIR... HELİKOPTER QƏZASI HAQDA ŞOK VERSİYA

Product image

00:50 CAMAATIN ƏSƏBLƏRİ İLƏ OYNAYIRIQ - DEPUTATLAR ARASINDA MÜBAHİSƏ

2021-12-02

Product image

00:35 DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib ALLAH RƏHMƏT ELƏSİN!

2021-12-01

Product image

01:09 Dövlət Sərhəd Xidmətinin hərbi Helikopterin qəza səbəbi rəsmən açıqlandı

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışırYüz minlərlə insan küçələrə çıxdı!

Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO

İDMAN Product image

21:51 Azərbaycanlı qadın MMA döyüşçüsü erməni idmançını 10 saniyəyə nokauta saldı

Product image

02:06 Azərbaycanlı qız güləşçi Finlandiya çempionu oldu

Product image

00:48 Şahmatçımız Şiroğlan Talıbov Avropa çempionatında maksimum nəticə ilə irəliləyir

Təqvim