reklam
USD
22 ℃
EUR
BAKI

Xankəndini Mehriyə dəyişmək təklifi... - Qalmaqala cavab

REPORTAJ / 04.11.2021 01:30

Xankəndini Mehriyə dəyişmək təklifi... - Qalmaqala cavab


Siyasətlə məşğul olan hər kəs siyasətçi sayılmaz, necə ki, jurnalistika ilə məşğul olan hər kəs jurnalist sayılmır. Ona görə hər kəsin mənim dediklərimi anlaya bilməməsi başa düşüləndi, çünki insanların dərk etmə imkanları da eyni deyil. Məsələn, bir "tamada" mənim dediklərimə istehza edir və deyir ki, bu, Ermənistanın sonu olar. Adamdan soruşarlar ki, nə vaxtdan Ermənistanın müdafiəçisi olmusan?

"carciTV" xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Rauf Arifoğlunun verilişində Xankəndinin Mehriyə dəyişdirilməsi barədə təklifinə bəziləri tərəfindən verilən reaksiyalara cavabında deyib.

Millət vəkilinin sözlərinə görə, İsa Qəmbər də tamaşaçılarla qeyri-səmimi davranır:

"İsa Qəmbər deyir ki, mənə qulaq asmayıb, amma dediklərimi müzakirə edir. Əvvəla, "Dağlıq Qarabağ” söz birləşməsini siyasi leksikonumuzdan çıxardığımız üçün Xankəndi dedim. Bundan başqa, siyasətdə bəzən siyasi mərkəzlərin adı çəkilir, məsələn, deyirlər ki, Bakının, yaxud Moskvanın bu məsələdə mövqeyi bu cürdür və s. Qarabağda ermənilərin yaşadığı ərazinin mərkəzi də Xankəndidir. Qərbi Zəngəzur torpaqları isə dünya tərəfindən Ermənistanın ərazisi kimi tanınır və Ermənistan vətəndaşları həmin ərazidə məskunlaşıb yaşayır. Həmin ərazidə Mehri şəhəri də ən iri üç yaşayış məntəqəsindən biridir.

Referendium yolu ilə ərazi mübadiləsi etməklə sərhədlərin dəyişdirilməsinə Konstitusiyamızın 11-ci maddəsi icazə verir. İsa Qəmbər onu istədiyi kimi danışmağa məcbur edən "tamada”ya deyir ki, biz torpaqlarımızın bir hissəsini digər tarixi torpağımıza dəyişə bilmərik. Bu sözü Tural Abbaslının müavini desəydi, başa düşmək olardı. Tarixçi olasan, bir neçə gün olsa da, dövlət başçısı funksiyalarını yerinə yetirəsən və anlamayasan ki, Ermənistanın bütün ərazisi Azrbaycan torpaqları olub və hazırda həmin ərazidə dünyanın tanıdığı Ermənistan dövləti qurulub, doğrudan da üzücüdür. Gənclər və xalq hərəkatının hələ də Müsavatda ilişib qalmış üzvləri başa düşməlidirlər ki, niyə bir il ərzində AXC hakimiyyəti süquta uğradı. Xankəndidə və ətrafında onsuz da Azərbaycanın vətəndaşlığını qəbul etməyən separatçı ermənilər yaşayır və ruslar da onları qoruyur. Mən vətəndaşlarımızın yaşadığı ərazini dəyişməyi təklif etməmişəm, nə qədər ərazi verəcəyiksə, Mehriqarışıq o qədər də ərazini Ermənistandan almağı təklif etmişəm. Bu təklifi verəndə söylədim ki, nə Ermənistan, nə də regionun böyük dövlətləri parçalanmış Azərbaycanın və türk dünyasının bütövləşməsinə razı olmaz. Birinci Qarabağ savaşı zamanı ermənilər İranla sərhəddi həyat yolu adlandırmışdılar. Təklifi isə ona görə səsləndirmişdim ki, ermənilər və Rusiya prezidenti sərhədlərin delimitasiyası zamanı ərazi mübadiləsinin zəruriliyi barədə danışmağa başlayıblar. Mən də qeyd etdiyim ərazi mübadiləsini gündəmə gətirməyin vacibliyini təklif etdim”.


Oxunub: 349






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim