AZƏRBAYCANIN ŞANLI ZƏFƏR TARİXİ

MÜSAHİBƏ / 19.11.2021 11:06

AZƏRBAYCANIN ŞANLI ZƏFƏR TARİXİ

   
   2003-cü ildə ulu öndər Heydər Əliyev xalqa müraciət edib bu fikirləri söylədi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalq hər zaman Ümummilli Liderə inanıb güvənirdi. Buna görə də Ulu Öndərin çağırışına cavab olaraq cənab İlham Əliyevə böyük etimad gösərərək özünə lider seçdi. Prezident İlham Əliyev isə verdiyi bütün vədlərə əməl etməklə xalqın fəxarət ünvanına, alternativsiz liderinə çevrildi və Azərbaycanı Ulu Öndərin görmək istədiyi səviyyəyə yüksəltdi.
   Biz böyük fəxarətlə 44 günlük Zəfərin birinci ildönümünü qeyd edirik. Hər gününü sonsuz ümidlə, həyacanla, sevinc və göz yaşları ilə yaşadığımız möhtəşəm 44 gün! İndi həmin günləri açıq ürəklə, açıq alınla yaşayır, qürur və fərəh hissilə xatırlayırıq. 44 günün hər günü şanlı tarixdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi qələbəsi ilə bitən bu savaş ilk növbədə dünyaya Azərbaycan qüdrətini nümayiş etdirmiş oldu. İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə büynəlxalq təşkilatların yaratdıqları ikili standartlar prinsipi və cəzasıqlıq mühitindən yararlanaraq məkirli oyunlarından əl çəkmədi. Azərbaycana qarşı bütün dövrlərdə təxribatlar törədildi. Amma Azərbaycan dövləti və onun uzaqgörən lideri Prezident İlham Əliyev hər zamankı kimi səbr nümayiş etdirdi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı oldu.          
    N.Paşinyanın sərsəmləmələri və Ermənistanın hərbi-siyasi təxribatları Prezident İlham Əliyevin qəzəbinə və qəti addımlar atmasına səbəb oldu. Hələ müharibə başlamazdan əvvəl Azərbaycan Prezidenti dünya birliyinə, beynəlxalq təşkilatlara müraciət edərək Ermənistanın Qarabağda qanunsuz məskunlaşma apardığını və müharibəyə hazırlaşdığını faktlarla göstərirdi. Sonuncu dəfə isə Prezident İlham Əliyev 24 sentyabr 2020-ci ildə, savaşın başlamasından 3 gün öncə BMT-nin ali tribunasından istifadə edərək bir daha dünya birliyinə çağırış etdi: "Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”. Amma Ermənistan yenə də çirkinliklərdən əl çəkmədi və sentyabrın 27-də cəbhənin bütün istiqamətlərində təxribatlat törətdi. Buna cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qudurmuş düşməni yerində oturtmaq, işğal altındakı ərazilərimizi geri qaytarmaq üçün "İrəli” əmrini verdi! 
   Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda II Qarabağ savaşı, müqəddəs Vətən müharibəsi başladı. Azərbaycan dövləti, xalqı və ordusu məqsədə çatmaqdan ötrü bütün gücünü və imkanlarını ortaya qoydu, dərhal səfərbər olunaraq qüdrətli, nəhənğ yumruğa çevrildi. Onu da vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müharibəyə aşkar və məxfi şəkildə bütün bacarıq və qabiliyyəti, istedad və xarizması ilə hazırlaşmışdı. Bunun nəticəsi də Ermənistan üçün çox ağır oldu. İlham Əliyev qısa vaxt – 44 gün ərzində dəmir yumruğu ilə düşmənin başını əzib, belini qırdı. 
   Şanlı Zəfər bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Azərbaycan Prezidenti məhz bu reallıqlar fonunda yeni əməkdaşlıq platformalarının yaradılması istiqamətində təkliflərini səsləndirir. Yəni şərtləri indi İlham Əliyev diktə edir. Məğlub Ermənistan isə Azərbaycan Prezidentinin irəli sürtüyü şərtlərlə hesablaşmağa məhkumdur. Qarabağı "Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə düşməndən təmizləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün dəmir iradə ilə işğaldan azad olunmuş torpaqlarımızda böyük tikinti-quruculuq işlərinə başlayıb. 
    Bu, ilk növbədə Prezident İlham Əliyevin son 18 ildə tarixinin ən qüdrətli dövlətinə çevirdiyi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir.

Kamandar ZEYNALOV,
Kürdəxanı İcra Nümayəndəsi, "Pətək" marketin sahibi


Oxunub: 20





SON XƏBƏRLƏR

2021-12-08

Product image

00:51 Akademik Musiqili Teatrda Premyera - "Beş manatlıq gəlin”

Product image

00:28 Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq

Product image

00:08 Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib

2021-12-06

Product image

16:52 Amnistiya ilə əlaqədar məhbuslar ən çox hansı ərazilərdən azadlığa buraxılıb?

Product image

16:20 Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək?

Product image

16:00 4,7 milyon manatlıq layihə üzrə müqavilə imzalanıb: Yüzdən çox yeni iş yeri yaradılacaq

Product image

15:18 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfərə gəliblər

Product image

14:58 Meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar

2021-12-05

Product image

20:31 ŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMAŞAD XƏBƏR: Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMA

Product image

20:07 Əhaliyə BƏD XƏBƏR: Yanacağın, gediş haqqlarının QİYMƏTİ KƏSKİN BAHALAŞIR

Product image

19:58 Bir limonun sizin üçün edə biləcəyi budur!

2021-12-04

Product image

01:39 Xocavəndə DƏHŞƏTLİ HÜCUM: Ermənilər TERRORİZMİ AKTİVLƏŞDİRDİ

Product image

01:24 SİRLƏR AÇILIR... HELİKOPTER QƏZASI HAQDA ŞOK VERSİYA

Product image

00:50 CAMAATIN ƏSƏBLƏRİ İLƏ OYNAYIRIQ - DEPUTATLAR ARASINDA MÜBAHİSƏ

2021-12-02

Product image

00:35 DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib ALLAH RƏHMƏT ELƏSİN!

2021-12-01

Product image

01:09 Dövlət Sərhəd Xidmətinin hərbi Helikopterin qəza səbəbi rəsmən açıqlandı

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışırYüz minlərlə insan küçələrə çıxdı!

Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO

İDMAN Product image

21:51 Azərbaycanlı qadın MMA döyüşçüsü erməni idmançını 10 saniyəyə nokauta saldı

Product image

02:06 Azərbaycanlı qız güləşçi Finlandiya çempionu oldu

Product image

00:48 Şahmatçımız Şiroğlan Talıbov Avropa çempionatında maksimum nəticə ilə irəliləyir

Təqvim