reklam
USD
18 ℃
EUR
BAKI

Laçın dəhlizi varsa, Zəngəzur dəhlizi də olmalıdır

MÜSAHİBƏ / 09.12.2021 03:02

Laçın dəhlizi varsa, Zəngəzur dəhlizi də olmalıdır


    Zəngəzur dəhlizi bütün Cənubi Qafqaz və yanaşı bölgələr üçün çox böyük strateji, iqtisadi və siyasi əhəmiyyət daşıyır. O, həm avtomobil yoluna, həm də dəmir yoluna malik olmaqla, bir çox dövlətlərə özlərinin nəqliyyat və xarici ticarət potensiallarını artırmağa imkan yaradacaq. Zəngəzur yolunda təkcə Azərbaycan və Türkiyə yox, həm də Rusiya, Çin, hətta Avropa İttifaqı maraqlıdır. Təkcə Çindən və Cənub-Şərqi Asiya ölkələrindən Türkiyəyə və Avropa İttifaqına yox, həm də əks istiqamətdə - Avropa ölkələrindən Uzaq Şərq də daxil olmaqla MDB məkanına intensiv yük daşınmalarını nəzərdə tutur.
     Bu yaxınlarda Çinin Azərbaycandakı səfiri birmənalı şəkildə bəyan etdi ki, Pekin Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır və bu magistraldan fəal şəkildə yararlanmağı planlaşdırır.
     Azərbaycanda isə əmindirlər: Əgər prezident İlham Əliyev Naxçıvanla Azərbaycan materik hissəsini birləşdirəcək dəhlizin Ermənistanın istəyindən asılı olmadan açılacağını söyləyibsə, deməli elə də olacaq. Bu gün də faktik blokadada olan Naxçıvan dəhlizin işindən böyük iqtisadi mənfəət əldə edəcək. Layihə çərçivəsində NMR ərazisində Azərbaycanla Türkiyənin dəmiryol şəbəkəsini birləşdirən yeni dəmir yolu çəkiləcək və bu, beynəlxalq yükdaşınmaların tranzitindən gəlir əldə edəcək muxtar respublika üçün əla perspektivdir.
     Xüsusilə qeyd olunmalıdır ki, Zəngəzur dəhlizi hazırda istifadə olunan dəniz və avtomobil yollarından xeyli qısadır. Yəni, bölgənin bütün ölkələri və maraqlı dövlətlər üçün yeni magistral yükləri daşımağa daha sərfəlidir. Tikintinin sürəti ümid etməyə əsas verir ki, avtomobil yolu nəzərdə tutulan 2024-cü ildə yox, 1-2 il tez hazır olacaq. Ehtimal ki, planlaşdırılan vaxtda paralel dəmir yolunun tikintisi də tamamlanacaq. Məlumatıma görə, Türkiyədə artıq özlərinin nəqliyyat infrastrukturlarını Zəngəzur dəhlizi layihəsinə birləşdirmək üçün tikinti işlərinə başlayıblar.
      Siyasi nöqteyi-nəzərdən olduqca vacibdir ki, bu dəhlizdən Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və digər dövlətlər yararlanacaq. Bir qayda olaraq iqtisadi əməkdaşlıq siyasi qarşılıqlı təmaslara aparır. Bu isə öz növbəsində bölgənin ümumi sabitliyi üçün şərait yaradır. Rusiya üçün Zəngəzur dəhlizi - "Şimal-Cənub” layihəsinin əsas hissələrindən biridir. Çin üçün "Bir qurşaq - bir yol” layihəsinin əhəmiyyətli həlqəsidir. Hamısını bir yerdə götürdükdə, Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətini dəyərləndirmək çətindir. O cümlədən, Azərbaycan üçün o, iqtisadi inkişafın əhəmiyyətli faktoruna çevriləcək.

Vahid ƏHMƏDOV,
Milli Məclisin deputatı


Oxunub: 467






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim