TORPAQLARIMIZIN AZAD EDİLMƏSİ DAHİ LİDERİN ƏN ÜMDƏ VƏSİYYƏTİ İDİ
MÜSAHİBƏ / 12.01.2022 17:08
TORPAQLARIMIZIN AZAD EDİLMƏSİ
DAHİ LİDERİN ƏN ÜMDƏ VƏSİYYƏTİ İDİ
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin sonlarında işlətdiyi bir ifadə Azərbaycan xalqının yaddaşına həkk olundu. Dövlətimizin başçısının Şuşanın azad edildiyi gün Azərbaycan xalqına müraciətində ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt olduğunu söyləməsi unudulmaz məqamlardan biridir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin suverenliyi, inkişafı, xalqımızın mənafeyi uğrunda misilsiz xidmətlər göstərib. Torpaqlarımızın işğaldan azad edilməsi həqiqətən də dahi liderin ən ümdə vəsiyyəti idi. Ulu Öndərimizin siyasətinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu vəsiyyəti yerinə yetirdi. Müstəqilliyin bərpasının ilk illərində rəhbərlikdə olan şəxslərin kürsü uğrunda mübarizə aparması, dağınıq ordu, hazırlıqsız hücumlar acı sonluqla nəticələndi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra ən birinci məsələ kimi Qarabağın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpasını qarşıya məqsəd qoymuşdu. Həmin məsələ Prezident İlham Əliyevin də siyasi kursunun əsasını təşkil edirdi. Demək olar ki, otuz il ərzində bu məsələlər strateji olaraq düşünülürdü, hazırlıq gedirdi. Təəssüf ki, işğalçı Ermənistan sülh yoluna getmədi, müxtəlif vaxtlarda təxribatlara əl atdı. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Ordumuzun əsgər və zabitlərinin canı-qanı bahasına əzəli və əbədi torpaqlarımız 44 gün ərzində düşmən tapdağından qurtarıldı. Bu gün həmin rayonlarda Azərbaycan bayrağı dalğalanır. Hazırda həmin ərazilər minalardan təmizlənir, quruculuq işləri aparılır, yollar salınır, infrastruktur layihələri həyata keçirilir, ekoloji bərpa işləri görülür. Azad olunmuş ərazilərdə inkişaf bundan sonra da sürətlə davam edəcək. Qısa müddətdən sonra həm bu torpaqların sakinləri, həm də digər vətəndaşlarımız düşmən əsarətindən xilas edilən ərazilərə gedəcək və yaşayacaqlar. Bir daha bəyan edirik ki, Azərbaycan heç vaxt bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Nazirliyin qarşısında qoyduğu mühüm tapşırıqların icra vəziyyəti barədə ətraflı danışıb. Belə ki, Prezidentin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyası ilə sistemli və effektli mübarizə aparılmış, ötən dövr ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətdə işlər görülmüş, infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə başçısının tapşırıqları əsasında aidiyyəti üzrə preventiv tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində Nazirliyin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının qısa müddətdə ərsəyə gəlməsi xəstəliklə mübarizədə atılan mühüm addımlardan biri oldu. Hazırda hospital koronaviruslu xəstələrin müalicəsi üzrə uğurlu fəaliyyətini davam etdirir. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Ordumuz tərəfindən 44 gün davam etmiş Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və qələbə sayəsində Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız azad olundu. Vətən müharibəsindən dərhal sonra Prezidentin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinə başlanılmış hazırda minatəmizləmə işləri sürətlə davam etdirilir. 30 ilə yaxın müddətdə işğal altında saxlanılmış və tamamilə viran qoyulmuş torpaqlarda bu gün misli görünməmiş abadlıq-quruculuq və yenidənqurma işləri görülür. Qarabağ və Şərqi Zəngəzur ərazisi hazırda böyük bir tikinti meydanına çevrilmiş, nəhəng infrastruktur layihələri icra olunmuş, yaşayış məntəqələri tamamilə yenidən qurulur, sənaye, kənd təsərrüfatı və xidmət sektoruna aid müəssisələr inşa olunub. Böyük sürətlə icra olunan bu işlərdə aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyi, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin, radioloji təhlükəsizliyin təmin olunması istiqamətində Nazirliyin qurumları tərəfindən intensiv iş aparılır. Düşmənin vəhşiliklərinin üstü indi açılıb. O ərazilər insanları məhv etmək üçün minalanıb, hər yeri dağıdıblar. Əgər bu torpaqlar sizindirsə, niyə dağıntılar törədirdiniz? Bu, onların xislətini göstərir. Bizim gördüyümüz işlər təkcə mina təmizləməsini əhatə etmir. Orda su, qaz, elektrik təminatı olmalıdır. Bunlar vacib məsələlərdir. Prezidentin tapşırığı ilə FHN-də xüsusi bir alay yaradılıb. Minaaxtaranlarımız ANAMA və Müdafiə Nazirliyi ilə bilikdə əməkdaşlıq edirlər. Minalar təmizlənəndən sonra azad edilmiş ərazilərdə kəndlərin, şəhərlərin, sənayenin inkişafı üçün, bundan sonra orda insanların rahat yaşaması üçün şərait yaradılacaq. Ora min il əvvəl Azərbaycan torpağı idi, min il sonra da elə olacaq.
Kəmaləddin HEYDƏROV,Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik
Oxunub: 345
08.06.2026
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim