Tarixi Zəfərin 44 günü
"Dəmir yumruq” bütün dünya ermənilərini türk dünyasına qarşı qoyan, türklərə, azərilərə qarşı nifrət siyasəti yürüdən və bütün dünya ermənilərinin əsas kilsəsi olan Eçmiədzin kilsəsinə elə zərbə vurdu ki, həmin kilsə və dünya erməniləri bundan sonra nəinki özlərinə gəlməyəcəklər, hətta bütün dünyada nifrətlə qarşılanacaqlar.
-44 gün ərzində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də beynəlxalq informasiya savaşında mücadilə aparırdı. Bu da Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynadı
-Bəli, həmin dövrdə dünyada Azərbaycana qarşı təzyiqlərin artdığının şahidi olduq. Bütün dünya ölkələri bir tərəfdə idi, cənab Prezident təkbaşına meydanın o biri tərəfində. Əlbəttə ki, Türkiyə və Pakistanı çıxmaq şərtilə. O, hər gün bütün gün ərzində təzyiqlərə sinə gərirdi və öz yolundan dönmədi. Bütün hərbi əməliyyatları şəxsən özü idarə etməklə bərabər, ideoloji təbliğatı da yüksək səviyyədə məharətlə təmin etdi.
Cənab Prezidentin həmin günlərdə şəxsən dünyanın 30-dan çox telekanalına verdiyi müsahibələri, xalqımıza 10 dəfə müraciətini hamımız həyəcanla dinləyirdik. Məhz bu məqsədyönlü fəaliyyətin nəticəsində o, ermənilərin 200 ildən çox türk dünyasına qarşı apardıqları əks-təbliğatı darmadağın edərək erməni millətinin iç üzünü dünyaya tanıtdı. Qarabağ torpağının tarixən Azərbaycan torpağı olduğunu bir daha dünya xalqlarına nəinki çatdırdı, həm də konkret faktlarla sübut etdi. Həmçinin Ermənistanın siyasi rəhbərliyinin yaramaz, savadsız, qorxaq, ləyaqətsiz olduğunu dəfələrlə vurğuladı və millətimizin nəyə qadir olduğunu, cəsarətini, mərdliyini, torpaqların azad olunması üçün əsgər, zabit və generallarımızın canlarını qurban verdiklərini bütün dünyaya bir daha çatdırdı.
Çox maraqlıdır ki, hələ də Ermənistanın siyasi rəhbərliyi bu biabırçılıqdan sonra nəyə isə, kimə isə arxalanaraq, gündə bir sərsəm fikir səsləndirir, hətta Fransanın siyasi rəhbərliyi də baş verənlərdən ayılmayıb. Bax, bugünkü dünyanın iç üzü belədir.
Ulu Öndər Heydər Əliyev dünya ölkələrinin liderləri arasında olan mövqeyindən və şəxsi tanışlığından məharətlə istifadə edərək dünya ermənilərinin son 200 ildə türklərə, azərilərə və müsəlman dünyasının əleyhinə gördükləri işlər barədə dünya liderlərini mütəmadi olaraq məlumatlandırırdı. Xüsusən, məlum münaqişənin günahkarları, həmçinin onların havadarları barədə. O, bu problemin əsaslı həlli üçün beynəlxalq səviyyədə hüquqi baza yaratdı. Sadəcə olaraq vaxt-zaman imkan vermədi ki, bu problemin həllini başa çatdırsın.
Cənab Prezident həmişə çıxışlarında deyirdi ki, əgər bu problem sülh yolu ilə həll olunmasa, onun başqa həll yolu var, o da müharibə yoludur. Ölkə Prezidenti bəyan edirdi ki, bir qarış torpaq da işğal altında qalmayacaq, bütün torpaqlar azad olunacaq. Cənab Prezident İlham Əliyev 44 gündə bəzi dövlətlərin və beynəlxalq təşkilatların 28 ildə həll edə bilmədiklərini və həll etmək istəmədiklərini, məhz əks-hücum əmri verərək müharibə yolu ilə təkbaşına özü həll etdi. Ermənilərin təxribatına cavab olaraq əks-hücum əmrini verərək tarixi ədaləti bərpa etdi, problemi başqa yolla, özü həll etdi. Dünya hərb tarixində görünməyən əməliyyatların müəllifi elə özü oldu.
Cənab Prezidentin 18 il ərzində əldə etdiyi nailiyyətlərdən biri də məhz 200 ildən çox ermənilərin formalaşdırdığı erməni hərbi mifini yer üzündən silib zibilxanaya atması oldu. 44 gündə ermənilərin 28 il işğal altında saxladıqları torpaqları azad edərək qurduqları istehkamları darmadağın etdi və dünya hərbi ekspertlərini mat qoydu. Xüsusən, Şuşa əməliyyatının sirlərini dünyanın hərbi ekspertləri hələ də aça bilmirlər. Bəli, digər sahələrdə olduğu kimi, hərbi sahədə də dünya üçün yeni, analoqu olmayan nümunələr təqdim etdi.
Ali Baş Komandanın şəxsən rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması 30 ilə yaxın müddətdə millətimizin əyilmiş, ancaq sınmamış qamətini düzəltdi, millətin ləyaqətini özünə qaytardı. Bundan sonra millətimiz tarix boyu başıuca gəzəcək, ermənilər isə ləyaqətsiz, qorxaq, gələcəyi olmayan bir millət olaraq dünya xalqlarının gözündən düşəcək, həmişə başıaşağı gəzəcəklər və uzun müddət formalaşdırdıqları "ağıllı millət” mifi bir daha təkrarlanmayacaq.
bir daha real imkan yaratdı. Şübhəsiz, bu Qələbədə qardaş Türkiyə dövlətinin, xalqının, xüsusən Prezident cənab Rəcəb Tayyib Ərdoğanın siyasi, mənəvi dəstəyinin xüsusi yeri var, o cümlədən, Pakistan dövlətinin.
Sentyabr ayında Bakı şəhərinin ermənilərdən türk ordusu tərəfindən azad olunmasının 103 ilinin tamam olması böyük təntənə ilə qeyd edildi. Ancaq ədalət naminə bilməliyik ki, Türkiyə - Azərbaycan qardaşlığı, birliyi və həmrəyliyi cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin prezidentlik fəaliyyətləri dövründə olduğu qədər son 103 ildə olmayıb.
10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladıqları Bəyanat nəticəsində müharibənin dayandırılması Azərbaycanla Rusiya arasında son 100 ildə imzalanmış sənədlərin ən alisi və əhəmiyyətlisidir. Çünki, necə ki, 44 günlük müharibə nəticəsində cənab Prezident İlham Əliyevin 28 illik işğala son qoyması heç kimin, heç bir dövlətin, beynəlxalq təşkilatın ağlına gəlməyən idisə, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış, Ermənistan üçün kapitulyasiya aktı sayılan Akt da heç kimin, heç bir dövlətin, beynəlxalq təşkilatın ağlına gəlməyən idi.
16 iyun 2021-ci ildə azad Şuşada Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında imzalanmış Şuşa Bəyannaməsi də son 103 ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış sənədlərin ən alisidir. Çünki bu Bəyannamə Türkiyə dövləti ilə Azərbaycan dövləti arasında hərbi əməkdaşlıqda yeni tarixi bir səhifə açdı və Türkiyə dövləti, xalqı, Prezidenti ilə Azərbaycan dövləti, xalqı və Prezidenti arasında olan qardaşlığın, birliyin, həmrəyliyin dünyada analoqu olmayan bir nümunəsidir.
Cənab Prezident dəfələrlə keçmiş məcburi köçkünlərlə görüşlərdə xüsusilə qeyd edirdi ki, siz mütləq öz yurdunuza qayıdacaqsınız, vaxt gələcək Şuşada və Xankəndidə də dövlət bayraqlarımız dalğalanacaq. Cənab İlham Əliyev verdiyi vədlərə, sözlərə həmişə əməl edib və edir. Bu gün Şuşada dövlət bayrağımız artıq dalğalanır. Mən tam əminəm ki, bir vaxt gələcək və dövlət bayrağımız Xankəndidə və Xocalıda da dalğalanacaq. Hamı xalq-ordu-Prezident birliyi və həmrəyliyini 44 gündə gördü. Bu sarsılmaz birlik Qələbənin rəhninə çevrildi. Şuşanın və bütün rayonların işğaldan azad olunması Azərbaycanın tarixi salnaməsinə Anım və Zəfər günlərini həkk etdi. Heç vaxt unutmamalıyıq ki, şəhid və qazilərimiz, əsgər, zabit və generallarımız öz qanları ilə azad olunan torpaqlardan erməni izlərini yudular.
Birinci Vitse-prezident xanım Mehriban Əliyeva ötən il ərzində ona xas olan qayğıkeşliklə şəhid ailələrinə yüksək diqqət göstərərək onların sosial problemlərinin həlli üçün, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib və icrasına ciddi nəzarət edibdir. Qazilərimizin sağlamlığının bərpası üçün ölkənin səhiyyə sistemindəki bütün imkanları səfərbər edib, bəzilərinin xarici ölkələrdə, xüsusən Türkiyədə müalicə olunması üçün lazımi tədbirlər görüb. İşğaldan azad olunmuş ərazilərdə erməni vandalizminin sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün də müvafiq tədbirlər görüb. Şuşada mədəni tədbirlərin qısa müddətdə hazırlanması, təşkili və keçirilməsi üçün təşkilati işlərə rəhbərlik edib.
Bakı şəhərində 12 aprel 2021-ci ildə açılışı olmuş və ölkəyə gələn qonaqlara göstərilən Hərbi Qənimətlər Parkı ermənilər üçün gözdağıdır. Necə ki, işğal altında olan torpaqlarımızı cənab Ali Baş Komandan 44 gündə ildırım sürətilə azad etdi, elə həmin sürətlə də həmin ərazilərin bərpasına başladı: ərazilərin minalardan təmizlənməsi, 3 hava limanının Füzuli, Zəngilan və laçında inşası, Qarabağın qapısı adlanan Füzuli Hava Limanının artıq işə düşməsi, Zəngilanda Birinci Ağalıda "ağıllı kənd” layihəsinin icrası, Şuşa şəhərinin ildırım sürətilə tikintisinə başlanılması və orada böyük tədbirlərin keçirilməsi, Şuşada "Xarı Bülbül” festivalının, Vaqif Poeziya Günlərinin təşkil edilməsi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-müzeyinin bərpadan sonra açılışı, Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş büstlərinin bərpası və Şuşada Mərkəzi meydanda yerləşdirilməsi, cənab Prezident İlham Əliyevin, Birinci Vitse-prezident xanım Mehriban Əliyevanın qızları ilə birlikdə müharibədən sonra dəfələrlə Qarabağa səfər edərək dövlət bayrağını yüksəltmələri, keçirilmiş bütün tədbirlərdə şəxsən iştirak etmələri, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, xanımının böyük nümayəndə heyəti ilə birgə Şuşada qarşılanması, Zəngəzur dəhlizinə gedən dəmir yolunun tikintisinə başlanılması, azad olunmuş bütün rayonlarda infrastrukturun bərpası, magistral yolların tikintisi, rayonların baş planlarının hazırlanması, qısa müddətdə geniş həcmdə tikinti işlərinə başlanılması və işlərin gedişatına şəxsən cənab İlham Əliyevin özünün nəzarət və idarə etməsi də dünyada analoqu olmayan təcrübədir.
Ermənistan dövləti, siyasi rəhbərliyi, xalqı istəsə də, istəməsə də bunları etməlidir, çünki Ermənistan adlı respublikanın və erməni xalqının bu regionda mövcudluğunun yeganə çıxış yolu budur. Əks halda, yenidən "dəmir yumruq” işə düşəcək.
Eşq olsun rəşadətli Azərbaycan Ordusuna. Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Hafiz MƏMMƏDOV,
"Azərsu" ASC-nin Şəmkir Sukanal sahəsinin rəisi