reklam
USD
12 ℃
EUR
BAKI

Azərbaycanın yeni tarixini yazan Lider

MÜSAHİBƏ / 14.01.2022 11:01

Azərbaycanın yeni tarixini yazan Lider


    Müstəqil Azərbaycanın məhz Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişafı ilə dünyada lider mövqeyini qoruyub saxlaması dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olub. 
    Ümummilli Liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirdi. Prezident özünü azərbaycanlı sayan və bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu Öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər etdi. Hər bir azərbaycanlı dərk etdi ki, bu ideyalar yaşayır və bizi xəyallarımızda yaşatdığımız demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında hələ çox uğurlar gözləyir.
    Cənab İlham Əliyev hər zaman söyləyirdi ki, iqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, həmin ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Məhz bu prinsipi əsas tutaraq Azərbaycan Prezidenti ölkə iqtisadiyyatının inkişafı, xüsusilə də regionların sosial-iqtisadi inkişafı istiqamətində yüksəliş planları, layihələr və islahatlar həyata keçirməyə başladı. 
    Ümummilli Lider Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasətini XXI əsrin başlanğıcında layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bu müddətdə ölkədə iqtisadi inkişafın təmini istiqamətində həyata keçirilmiş tədbirlər özünün sistemli və ardıcıl səciyyə daşıması ilə diqqəti çəkir.
    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Qarabağın 30 illik işğaldan azad edilməsi və Zəfərin qazanılması Böyük Qayıdış epopeyasının möhtəşəm başlanğıcı, proloqudur. 
   Azərbaycan Ordusunun zərbələri nəticəsində ermənilərin Qarabağ ərazilərindən, döyüş mövqelərindən qaçaqaçı Böyük Qayıdış epopeyasının kütləvi səhnələrindəndir. 
    Qarabağın şəhərləri və kəndlərində yeni yaşayış məskənlərinin yaradılması, müasir təsərrüfat-sənaye obyektlərinin yaradılması və sosial infrastrukturun qurulması, regionda böyük magistralların salınması, iqtisadi-mədəni dirçəlişin formalaşdırılması Böyük Qayıdış epopeyasının parlaq fəsilləridir.
    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və məharətli sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində - Qarabağ savaşında qazanılmış tarixi Zəfər ölkəmizin çoxəsrlik tarixinin nadir hadisəsidir. 
    Cəmi 44 gün ərzində Azərbaycan Ordusu təcavüzkar Ermənistanın 30 illik işğalına son qoymuş, ədalətli müharibə apararaq torpaqlarımızı geri almışdır. Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir. 
    Bu mənada Azərbaycanın Qarabağ savaşı - Vətən müharibəsi dünya savaş tarixinə ədalətli müharibə nümunəsi kimi daxil olmuşdur. Bütün bunlara görə Vətən müharibəsi Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanına çevrilmişdir.
    Qarabağ savaşında - Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Qalib Ali Baş Komandan İlham Əliyevin qazandığı tarixi Zəfər uzaqgörən görkəmli dövlət xadimi Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir. Məhz Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə Azərbaycan Respublikası ərazi bütövlüyünün həmişəlik təmin olunması problemini həmişəlik həll etmişdir. Müstəqil Azərbaycan dövləti bununla ərazi-inzibati cəhətdən özünün tamlığına nail olmuşdur. 
    Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edən Azərbaycan Respublikasının iqtisadiyyatın bütün sahələri üzrə kompleks islahatlar həyata keçirərək pandemiya şəraitində müvazinətini qoruyub saxlaması və nəzərəçarpacaq nəticələrə imza atması, ilk növbədə, möhkəm bazisə söykənən inkişaf modeli ilə şərtlənir. Başqa sözlə, respublikamızın müstəqillik illərində nail olduğu inanılmaz iqtisadi nailiyyətlərin milli inkişaf modeli ilə bağlılığı bu gün aksiom kimi qəbul edilir. Qalib Azərbaycan artıq Qələbəmizin rəmzinə və carçısına çevrilən "Zəfər yolu”ndadır…
 Eşq olsun Azərbaycan Xalqına və rəşadətli Azərbaycan Ordusuna! Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!

İqbal ƏLİYEV,
Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru



Oxunub: 436






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim