“Heydər Əliyev İli” ilə əlaqədar “Azərsu” ASC-də idman yarışlarına start verilib

CANLI TV / 23.01.2023 22:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar "Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) yubiley tədbirlərinə start verilib.


ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yubiley tədbirlərinin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov qeyd edib ki, ölkəmizdə siyasi sabitliyin qorunması, hüquqi dövlət quruculuğu, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Ulu Öndərin 100 illik yubileyi münasibətilə müxtəlif təşkilatlarda, su təsərrüfatı sektorunda genişmiqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

"Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev Ulu Öndər Heydər Əliyevin ölkəmizdə su təsərrüfatı sektorunda tarixi xidmətlərindən danışıb. Bildirib ki, 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Kür Su Təchizatı Kompleksi və Kür-Bakı su kəmərləri sistemi yaradılıb, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin 3-cü növbəsi istismara verilib. Respublikanın bir çox rayon mərkəzləri və iri yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemləri Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yaradılıb. Bakı şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasına səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də Ümummilli Lider Heydər Əliyev olub.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün "Azərsu” ASC-də komissiya yaradılıb və Tədbirlər planı təsdiqlənib. Plana uyğun olaraq, Ulu Öndərin su təsərrüfatı sektorunda tarixi xidmətləri mövzusunda konfransların keçirilməsi, filmin və kataloqun hazırlanması, media nümayəndələrinin Kür Sutəmizləyici Qurğular Kompleksinə səfəri, yubileylə əlaqədar idman yarışlarının, ağacəkmə və qanvermə aksiyalarının, rəsm sərgisinin keçirilməsi nəzərdə tutulur.

Yubileylə əlaqədar idman yarışlarına start verilib. Minifutbol, tennis, şahmat, dama, nərd, domino və ağırlıqqaldırma üzrə yarışlarda Cəmiyyətin 388 əməkdaşı qüvvəsini sınayacaq.


Oxunub: 41





SON XƏBƏRLƏR

2023-03-31

Product image

00:56 Elmdə şəffaflıq və dürüstlük cəmiyyətin gələcək inkişafının təminatıdır

Product image

00:53 Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir

Product image

23:04 AHİK: Fransada fundamental insan haqları - sərbəst toplaşma və fikir azadlığı hüquqları kobud şəkildə pozulur

Product image

23:02 Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb

Product image

13:32 Xalq artisti Valeh Kərimovla görüş keçirilib

Product image

13:17 “AIESEC ilə inkişaf et” layihəsi çərçivəsində “Karyera Yüksəlişi” tədbiri keçirilib

Product image

13:03 Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib

Product image

12:59 “Azərkosmos” 39 ölkəyə 3,6 milyon dollarlıq xidmət ixrac edib

Product image

12:49 31 Mart soyqırımından 105 il ötür Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur

Product image

12:48 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatıb

Product image

12:43 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar instaqram səhifəsində paylaşım edib

2023-03-30

Product image

04:18 Ekoaksiya: Ötən gün Laçın-Xankəndi yolunda nələr yaşandı?

Product image

03:51 ARZUNUN DUYĞULARI "carciTV" təqdim edir

Product image

03:17 "AZƏRBAYCAN" TƏRANƏ YUSİFQIZI "carciTV" təqdim edir

Product image

02:02 MÜHARİBƏ BƏŞƏRİYYƏTİN ƏN PİS XƏSTƏLİYİDİRSƏ, SOYQIRIM RUH İÇİNDƏ GİZLƏNƏN, HEÇ ZAMAN SAĞALMAYAN YARASIDIR

2023-03-29

Product image

03:06 Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN Product image

04:27 Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında üç qızıl medal qazanıblar

Product image

10:23 Bu gün beş yunan-Roma güləşçimiz U-23 Avropa çempionatında mübarizəyə başlayacaq

Product image

21:31 Bakıda keçiriləcək bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkü atılıb

Təqvim