Müasir və qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir

NƏŞR / 24.01.2023 00:42

HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ


Müasir və qüdrətli Azərbaycan

Ulu Öndər Heydər Əliyevin şah əsəridir

 

       Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli” elan olunub və biz imkandan istifadə edərək Ümummilli Liderin – Böyük şəxsiyyətin kim olduğunu bir daha bütün dünyaya göstərməliyik. "Heydər Əliyev İli”nin təsis edilməsi, həmçinin Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər və bu tarix əbədi yaşamalıdır.

     Ulu öndər hələ sovet dönəmində rəhbərlik etdiyi gündən Azərbaycanın müstəqil olacağını, azərbaycanlıların öz istiqlaliyyətinə qovuşacağını bilirdi. Ümummilli lider Heydər Əliyev istər Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olanda, istər Azərbaycan SSR-in birinci katibi olanda, Moskvada Siyasi Büronun üzvü olanda bilirdi ki, Azərbaycan xalqı tarix boyu heç vaxt kölə kimi yaşayan xalqlardan olmayıb. Ona görə də, Sovet sistemində çalışanda, yüksək rəhbər vəzifələr tutanda gördüyü işlərlə gələcək müstəqil Azərbaycana töhfələr verib. Azərbaycanda müstəqilliyin təməl daşlarını qoyub ki, gələcəkdə bununla bağlı problem yaşanmasın.

Onu da qeyd edək ki, Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Qalib Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycan kimi sözünün imzası qədər əhəmiyyətini təkmil inkişaf modeli ilə bir daha təsdiqlədi.

      9 iyun 1993 cü il tarixində xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Ali Sovet xalqın Heydər Əliyevdən gözlədiyi missiyanı rəsmiləşdirdi. 1997 ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi bu missiyanın Milli Qurtuluş missiyası olmasını təsbit etmiş oldu.

Bu tarixin Milli Qurtuluş Günü olması xalqımızın Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışına verdiyi düzgün, ədalətli və obyektiv qiyməti əks etdirir.

     Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına,Vətəninə sonsuz və təmənnasız sevgisi.

     AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq, parçalanma meyllərinin baş qaldırması və bütün bunların Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi.

     1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə, o cümlədən iqtidara inamın olmaması. Hərbi məğlubiyyət daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqilliyini sual altına qoymuşdu.

      Ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirmişdi. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur "91-lər” Ulu Öndərə müraciət etdilər.

      Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.

     Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz Heydər Əliyev tərəfindən ləğv edildi,siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı. Azərbaycan beynəlxalq təcriddən çıxdı,hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı və yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkəyə böyük investisiyalar cəlb edildi və iqtisadiyyatımızın inkişafı sürətləndi.

      Asayiş və qayda-qanun bərqərar edildi. Nizami və mütəşəkkil ordu yaradıldı, Birinci Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. İdarəetmə sistemi formalaşdırıldı, insanlarda öz dövlətinə inam geri qaytarıldı. Neft müqavilələri imzalanması Azərbaycanın iqtisadi dirçəlişinin əsasını qoydu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Azərbaycan Konstitusiyası yalnız Heydər Əliyevin dövründə qəbul edildi.

      Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı, bununla da Azərbaycan öz tarixinin yeni dövrünə qədəm qoydu.

Azərbaycan tarixin heç bir mərhələsində bugünkü qədər müstəqil və qüdrətli olmamışdır.

Qüdrətli Azərbaycanın müstəqilliyi durduqca, Heydər Əliyevin də adı yaşayacaqdır.


Rahib KƏRİMLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Oxunub: 53





SON XƏBƏRLƏR

2023-03-31

Product image

00:56 Elmdə şəffaflıq və dürüstlük cəmiyyətin gələcək inkişafının təminatıdır

Product image

00:53 Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir

Product image

23:04 AHİK: Fransada fundamental insan haqları - sərbəst toplaşma və fikir azadlığı hüquqları kobud şəkildə pozulur

Product image

23:02 Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb

Product image

13:32 Xalq artisti Valeh Kərimovla görüş keçirilib

Product image

13:17 “AIESEC ilə inkişaf et” layihəsi çərçivəsində “Karyera Yüksəlişi” tədbiri keçirilib

Product image

13:03 Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib

Product image

12:59 “Azərkosmos” 39 ölkəyə 3,6 milyon dollarlıq xidmət ixrac edib

Product image

12:49 31 Mart soyqırımından 105 il ötür Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur

Product image

12:48 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatıb

Product image

12:43 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar instaqram səhifəsində paylaşım edib

2023-03-30

Product image

04:18 Ekoaksiya: Ötən gün Laçın-Xankəndi yolunda nələr yaşandı?

Product image

03:51 ARZUNUN DUYĞULARI "carciTV" təqdim edir

Product image

03:17 "AZƏRBAYCAN" TƏRANƏ YUSİFQIZI "carciTV" təqdim edir

Product image

02:02 MÜHARİBƏ BƏŞƏRİYYƏTİN ƏN PİS XƏSTƏLİYİDİRSƏ, SOYQIRIM RUH İÇİNDƏ GİZLƏNƏN, HEÇ ZAMAN SAĞALMAYAN YARASIDIR

2023-03-29

Product image

03:06 Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN Product image

04:27 Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında üç qızıl medal qazanıblar

Product image

10:23 Bu gün beş yunan-Roma güləşçimiz U-23 Avropa çempionatında mübarizəyə başlayacaq

Product image

21:31 Bakıda keçiriləcək bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkü atılıb

Təqvim