Rahib KƏRİMLİ, TURAN
NƏŞR / 20.10.2023 23:18
TURAN
Yol yeridim gündüz-gecə - axşam mənim, sabah mənim
Ən müqəddəs dərgah mənim, ən mübarək yer mənimdi,
Dədəm Qorqud boy boylayıb - savab mənim, günah mənim.
Yaxın mənim, ucqar mənim – Turan elim
Övladları ər oğullar – Turan elim
Dünyaya sözüm "Manas” - uca Tanrım hər işimdən agah mənim
Şeirim kəskin silah kimi - bumbuz bulaq, yurdda axar çaylar mənim
Uca sözüm Yaradandı, ruhun səsi - Qopuz mənim, ud mənimdi
Yaxın mənim, ucqar mənim – Turan elim
Övladları ər oğullar – Turan elim
Tarixlərin nişanı, neçə-neçə ölkəyəm, yenilməz birlik mənim
Vətənimin torpağıyam, göyüyəm, Orxon Yenisey mənim
Doqquz iqlimə bağlı doqquz oğuz bəyləri – fatehlər mənimdi
Yaxın mənim, ucqar mənim – Turan elim
Övladları ər oğullar – Turan elim
Turan dedi uca Əmir Teymurun basılmaz orduları
Turan dedi ruhumuz, əcdadımız gör nə zamandan bəri
Ruhu dünyaya çatan, hikmət dolu dahi Heydər mənimdi,
Yaxın mənim, ucqar mənim – Turan elim
Övladları ər oğullar – Turan elim
Babəklərim, Tomrislərim, şah Xətaim güvəniblər qollarına
Döyüşlərdə torpaq üstə ərənlərim boyanıbdır qanlarına
Öz yenilməz yumruğuyla İlham adlı Komandanım mənimdi
Yaxın mənim, ucqar mənim – Turan elim
Övladları ər oğullar – Turan elim
Baykal, Xəzər, Göyçə gölü intizarda, "Çırpınır Qara dəniz”
Uzaq Şərqdən Avropaya şirürəkli igidlərin qoyubdur iz
Atatürk, Səttar xan, Ərdoğan, Bilgə xaqan mənimdi
Yaxın mənim, ucqar mənim – Turan elim
Övladları ər oğullar – Turan elim
Vətənim - bütöv Turan deməkdir - ruhu üfüqlərdə, kökləri dərindədi
Nizami, Nəsimi, Nəvai, Füzuli, Üzeyir, Cavid - bütöv Turan deməkdi
İbn-Sina, Fərabi, Biruni hikməti, Mövlana, Lütvi Zadə mənimdi
Yaxın mənim, ucqar mənim – Turan elim
Övladları ər oğullar – Turan elim
Oxunub: 223
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim