“Bir millət, iki dövlət” - Türkiyə Cümhuriyyətinin 100 illiyi
CANLI TV / 03.12.2023 21:09

"Bir millət, iki dövlət” - Türkiyə Cümhuriyyətinin 100 illiyi
Bu il oktyabrın 29-da qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd etdi. Bu hadisə Azərbaycan tarixində də silinməz iz buraxıb və biz də Türkiyə xalqı ilə birlikdə bu sevinci bölüşürük. Bu sevinci daha aktuallaşdıran isə Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” sözləridir. Tarixin gedişatı dəfələrlə bu bağlılığı sübut edib.
1923-cü il iyulun 24-də Lozanna müqaviləsinə əsasən 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti yaradılır. Türkiyə Cümhuriyyətinin yaranması ümumiyyətlə Türk dünyasının qələbəsi idi. Çünki gerçəklik baxımından Türk xalqlarının çoxu işğal altında qalmışdı. Türkiyə Cümhuriyyət tarixi səhnədə yeganə Türk dövləti kimi qalmışdı. Tarixilik baxımından 1991-ci ildə SSRİ-nin dağılması ilə müstəqil türk dövlətlərinin beynəlxalq münasibətlərin subyekti olmaq üçün onların müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalına baxmayaraq, bura həmişə Atatürkün diqqət mərkəzində idi. Məsələn, bu, Naxçıvan məsələsində özünü qabarıq nümayiş etdirdi. Mustafa Kamal Atatürk Naxçıvanı "Türk qapısı” adlandırıb. Buna bariz nümunə Sovet Rusiyası ilə Naxçıvanla bağlı Moskva və Qars müqavilələrinin şərtləridir. Qars müqaviləsinin şərtlərinə görə Rusiya Naxçıvanı Azərbaycan ərazisi kimi tanımalı olur. Moskva müqaviləsindən əvvəl Türkiyə Böyük Millət Məclisi adından müvəkkil olan Yusuf Kamal bəy Atatürklə görüşüb, narahatlığını dilə gətirib: "Paşa, ruslar Naxçıvanı təkidlə istəsə, nə edək?” O isə cavab olaraq, Naxçıvanın qırmızı xətləri olduğunu bildirib. Hətta Naxçıvanla Türkiyə arasında sərhəd qurmaq məqsədilə Atatürk İranla torpaq mübadiləsi etmişdi.
1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə bu münasibətlər yeni mərhələyə qədəm qoyur. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. 1992-ci ilin yanvarın 14-də iki dövlət arasında diplomatik münasibətlər yaranır. Həmin ilin mayın 28-də Naxçıvanda Türkiyənin İğdır şəhərinə keçid üçün Dilucu körpüsü istifadəyə verilir. 1999-2015-ci illərdə Azərbaycanla Türkiyə arasında imzalanan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti haqqında müqavilələr və onların istifadəyə verilməsi iki ölkə arasında münasibətlərinin nə dərəcədə yüksək səviyyədə olmasının bariz nümunəsidir.
2006-cı ildə Rəcəb Tayyib Ərdoğanın Baş nazir, 2014-cü ildə isə Türkiyə Prezidenti seçilməsi bu münasibətləri ən parlaq zirvəyə ucaltmışdı. Bununla da iki dövlət öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdirdilər. Rəcəb Tayyib Ərdoğan Azərbaycanla qardaşlıq prinsipinə sadiq qalaraq, dünyanın ən yüksək tribunalarından Azərbaycanın haqlı mübarizəsini bəyan edərək dəstəklədi. Bu qarşılıqlı münasibəti Prezident İlham Əliyev də nümayiş etdirdi.
Məsələn, buna nümunə olaraq hələ 2014-cü il aprelin 24-də Prezident İlham Əliyevin Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabını misal göstərmək olar. Türkiyənin "Sabah” qəzeti bununla bağlı "Əliyevdən Ermənistana sillə kimi cavab” sərlövhəli məqalə dərc etmişdi. Məqalədə Prezident İlham Əliyevin çıxışından sitat gətirilərək yazılır:"Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir ... çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədlərinin niyə bağlı olmasını deyə bilərəm”.Bunu bir daha Prezident İlham Əliyev 2020-ci il sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən etdiyi çıxışında səsləndirdi:"Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”söyləməsi uzun müddət gündəmi zəbt etmişdi. Daim Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında olub. Bu, 2022–ci il iyulun 30-da və 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ zamanı da özünü büruzə verir. Prezident İlham Əliyev Türkiyədəki dəhşətli hadisələrdə insanların həlak olması ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. O, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb. Prezidentimizin tapşırığı ilə Türkiyədə baş verən hadisələrlə əlaqədar Azərbaycan Türkiyəyə xilasedici heyət göndərib.
2020-ci il sentyabrın 27-dən erməni təxribatlarına qarşı şanlı Ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Bu 44 gün müddətində qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında oldu və bunu bütün tribunalardan ən yüksək səslə söyləməkdən çəkinmədi. Bakıda keçirilən tarixi Zəfər paradında hər iki ölkənin Prezidenti münasibətlərin bundan sonra Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini bir daha dünyaya çatdırdılar.
Eyni zamanda, Vətən müharibəsindən sonra Rəcəb Tayyib Ərdoğanın Şuşaya getməsi və 2021-ci ilin iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə də iki qardaş ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxdı. Azərbaycan qardaş Türkiyənin hər bir məsələsində - istər siyasi, istər iqtisadi, istər hərbi məsələlərdə yanında olub və olacaq. Bu əməkdaşlıq dünyada misli görünməmiş, bütün dövlətlər üçün örnək olan yaxın münasibətlərdir. Həm qardaşlıq tellərini özündə ehtiva edir, eyni zamanda, gələcək üçün strateji baxışı da müəyyənləşdirir.
Türkiyə-Azərbaycan qardaşlığı ən yüksək səviyyədə davam edir və bunun ən böyük təntənəsi adını çəkdiyimiz Şuşa Bəyannaməsidir. Hər sahədə olduğu kimi, əməkdaşlığın hərbi sahədə daha da dərinləşməsini özündə ehtiva edir. Hazırda Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı ən yüksək səviyyədədir. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Silahlı Qüvvələri türk ordu modelinə keçir. Bunun üçün müvafiq qanunverici baza hazırlanıb. 2023-cü il oktyabrın 22-25-də Azərbaycanda Türkiyə Cümhuriyyətinin yüz illiyinə həsr edilən "Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi bir daha hərb sahəsində milli ruhun təsdiqi sayıla bilər. Bütün bunlar bir daha təsdiq edir ki, gündən-günə möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri, dostluğu, qardaşlığı sarsılmaz və əbədidir. Yəni, artıq "Bir millət, iki dövlət” ifadəsi sonsuzadəkdir. Mustafa Kamal Paşanın sözlərini əsas tutaraq deyə bilərik ki, Türkiyənin sevinci sevincimiz, Türkiyənin kədər kədərimizdir” ki, bu fikir tamlığı ilə Heydər Əliyevin "Bir millət, iki dövlət” konsepsiyasında əks olunmaqdadır.

2025-04-19
03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

2025-04-17
12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

2025-04-10
16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

15:32 Armud ağacı. Natavan YUSİFOVA


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
