TARİXİ ZƏFƏR PREZİDENT İLHAM ƏLİYEV ERASININ ZİRVƏSİDİR
CANLI TV / 14.01.2024 10:33
TARİXİ ZƏFƏR PREZİDENT İLHAM ƏLİYEV ERASININ ZİRVƏSİDİR
"... Sumqayıtı mən bax, belə görürəm: gələcəkdə Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən biri, dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz, insanlarüçün rahat, gözəl, abad bir şəhər olmalıdır. Sumqayıtın təbiətini, dənizə çıxışını nəzərə alaraq şəhər geniş miqyasda sənaye, turizm, mədəniyyət, istirahət mərkəzi olmalıdır. Bax mən Sumqayıtı belə görürəm. Bu məqsədlərə çatmaq üçün hesab edirəm ki, kifayət qədər işlər görülmüşdür və sumqayıtlılar bütün bu işlərdə fəal iştirak etmişlər”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Dövlətimizin apardığı düzgün neft strategiyası ölkə iqtisadiyyatının inkişafına və bununla yanaşı, şəhər və qəsəbələrin, rayon mərkəzlərinin yenidən qurulub abadlaşmasına, müasirləşməsinə yüksək şərait yaratmışdır. Respublikamızın üçüncü şəhəri sayılan Sumqayıtda aparılan tikinti-quruculuq tədbirləri də buna bariz nümunədir.
Son illər ölkədə qəbul olunan Dövlət proqramları, imzalanan qanun və fərmanlar əsasən sosial yönümlü olmuş və onlar sadəcə kağız üzərində qalmayaraq öz əksini dəfələrlə artmış təqaüd və maaşlarda, salınan transmilli magistrallarda, yol keçidi və körpülərdə, tikilən təhsil və səhiyyə ocaqlarında, ticarət və istirahət mərkəzlərində tapmışdır. Və bu proses durmadan, daim öz axarı ilə davam etdirilir. Sevindiricidir ki, burada müasirlik prinsipləri nəzərə alındığından işlər də keyfiyyətcə daha yüksək müstəviyə adlamışdır. Bakı şəhərində inşa edilən müasir layihəli binalar, modern üslublu parklar, funksional yol qovşaqları buna bariz sübutdur.
Lakin bu cür projelərin paytaxtdan savayı ölkəmizin digər şəhər və rayon mərkəzlərində tətbiqi, indi bəlkə də ümdə şərtdir. Məhz belə anlamdan irəli gələrək dövlət başçısı İlham Əliyev respublikamızın iri şəhər və rayon mərkəzlərində daha praktik və keyfiyyətli abadlıq-quruculuq işlərinin aparılması məqsədilə bir neçə ildir ki, öz ehtiyat fondundan əlavə maliyyə vəsaiti ayrılması haqqında sərəncamlar imzalayır. Təkcə respublikamızda deyil, onun hüdudlarından çox uzaqlarda iri sənaye mərkəzi kimi tanınan Sumqayıt da dəfələrlə Prezident Sərəncamı ilə yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün əlavə vəsait alan şəhərlərdən biri olub.
Belə gənc olmasına baxmayaraq Sumqayıtın respublikamızın həyatında əlamətdar hadisələrlə dolu, iri hərflərlə yazılmış öz salnaməsi var. Sırf sənaye mərkəzi kimi layihələndirildiyindən burada olan küçə və prospektlərin genişliyi, park və xiyabanların çoxluğu şəhərin ümumi simasını formalaşdıran amillərdəndir. Şəhər salınarkən zavod və fabriklərin çoxluğunu nəzərə alan memarlar ilk növbədə yaşıllığa və yaşayış massivlərinin sənaye obyektlərindən kənarda tikilməsinə xüsusi fikir vermişlər. Məhz belə yanaşma özünəməxsus memarlığı, siması olan bir şəhərin yaranmasına imkan vermişdir.
Çox hörmətli Cənab Prezident!
İndi biz cəsarətlə bəyan edirik ki, Azərbaycan xalqı qalib xalqdır. Bütün Azərbaycan xalqı tam əmindir ki, ölkəmizin taleyi qayğıkeş və etibarlı əllərdədir. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar diləyirik. Siz bütün Azərbaycan xalqını xoşbəxt etdiniz. Sizinlə fəxr edirik, Sizə inanırıq, güvənirik, Sizi sevirik.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandan!
Seymur MƏMMƏDOV,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Sumqayıt Bulvar MMC-nin Baş direktoru.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
