Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
REPORTAJ / 08.06.2026 10:22
İyunun 5, 6 və 7-də ölkəmizin Tbilisi şəhərindəki səfirliyində Azərbaycan vətəndaşlarına dövlət xidmətlərinin çatdırılması üçün Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilib.
AZƏRTAC xəbər verir ki, xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobusda vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və məhkumluq barədə arayışların verilməsi xidmətlərindən yararlanıblar.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin isə dəstəyi ilə təşkil olunub.
Bu çərçivədə 500-ə yaxın vətəndaşın işi asanlaşıb.
Səyyar ASAN xidmətin gələcəkdə digər ölkələrdə də keçirilməsi nəzərdə tutulur.
Əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.
Asan xidmətin yardımından vətəndaşlarımız göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, xüsusən də Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Gürcüstanda nəqliyyat daşınmaları sahəsində çalışan Asim Qasımov AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan dövləti tərəfindən mənə verilmiş şəxsiyyət vəsiqəsinin vaxtı bitmək üzrə idi. Elektron qaydada qeydiyyatdan keçdim və bu gün səfirlikdə ASAN xidmət əməkdaşları yeni şəxsiyyət vəsiqəsi ilə təmin olunmağıma yardım etdilər. Bu həm maddi cəhətdən, həm də vaxt baxımından çox sərfəlidir. Buna görə, aidiyyəti dövlət qurumlarına və Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
Artıq 31 ildir ki, Gürcüstanda yaşayan və Saqareco rayonunun Ləmbəli kəndində orta məktəbdə müəllim işləyən Ziyafət Qasımova da xidmətdən razı qalıb: “Gürcüstanda Azərbaycan vətəndaşlarına bu cür ASAN xidmət göstərmək dövlətimizin bizə olan yüksək diqqət və qayğısının bariz nümunəsidir. Səfirliyin əməkdaşları bizi xoş təbəssüm, gülər üzlə qarşıladılar. ASAN xidmət agentliyinin əməkdaşları da bizə xüsusi diqqət göstərirlər. ASAN Xidmət Agentliyinin əməkdaşları bizə sənədlərimizin yenilənməsi ilə yanaşı, bəzi məsələlər barədə də ətraflı məlumat verirlər. Bu cür xidmətə görə, Azərbaycan Prezidentinə, səfirliyə, ASAN Xidmət rəhbərliyinə, Xarici İşlər Nazirliyinə və Diaspora Komitəsinin rəhbərliyinə minnətdaram”.
Soydaşımız Ağəli Qocayev isə deyir: “Mən Gürcüstan vətəndaşıyam, həyat yoldaşım isə Azərbaycan vətəndaşıdır. Xeyli vaxt idi ki, Azərbaycana gedib, yoldaşımın şəxsiyyət vəsiqəsini yeniləmək istəyirdik. Müəyyən çətinliklər var idi. Sağ olsun Azərbaycan dövləti ki, dünyada yaşayan azərbaycanlılara, eləcə də Gürcüstanda yaşayan soydaşlarımıza və Azərbaycan vətəndaşlarına bu cür xidmət göstərir. Bu bizə göstərilən böyük diqqət və qayğıdır. Buna görə bu tədbirin bütün təşkilatçılarına minnətdarıq”.
Qeyd edək ki, ASAN xidmətin səyyar xidmətindən yararlananlar içərisindən ən kiçik yaşlının 4, ən böyüyünün isə 95 yaşı var idi.
Səfirlikdə insanlara hüquqi xidmətlə yanaşı, tibb xidməti də göstərilirdi. Gürcüstanın müvafiq sağlıq ocağının həkimləri səfirlikdə növbə ilə vətəndaşlarımıza tibbi xidmət göstəriblər.
Oxunub: 55
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim