Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır
CANLI TV / 27.01.2024 23:40
Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır
Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində ətrafda olan bütün çaylar, su ehtiyatları radioaktiv maddələrlə çirkləndirilir:
Ermənistanda yüzdən çox qeyri-hökumət təşkilatı bu barədə etiraz bəyanatı yayıb. Biz bu məsələni ötən il dəfələrlə qaldırmışıq. Yatağın istismarı təkcə Ermənistanı deyil, regionu, hətta planeti təhdid edir. Qızılın istismarında bir çox ölkələrdə qadağan olunan sianogen texnologiyasından istifadə edilir. Həmin maddələr burada olan İstisu mineral su yatağı, Göyçə gölü, Arpaçay, hətta Xəzər dənizi üçün ciddi təhdiddir. İstismar zamanı maddələrin çaylar vasitəsilə dənizə tökülməsi ümumilikdə Mərkəzi Asiya ölkələri üçün də problemdir.
Ermənistan və həmin yatağı istismar edən "Lydian" şirkəti tərəfindən ətraf mühitə mümkün təsirin qiymətləndirilməsindən ötrü cəlb olunan xarici şirkətlərin hesabatında bu texnologiyadan istifadə qeyd edilməli idi. Belə bir texnologiyanın istifadəsi qiymətləndirmənin özünə ziddir:
Yatağın istismarı zamanı aparılan qiymətləndirmənin ətraf mühitə təsiri nəzərə alınmayıb. Ermənistan tərəfi Amuldağ qızıl yatağında monitorinq aparılmasına şərait yaratmalıdır. AFP koalisiyası olaraq əvvəlki bəyanatlarımızda olduğu kimi, yenə də həmin şirkətlərə səslənirik. Həm yerli, həm də səhmdarları olan digər xarici şirkətlərə səslənirik ki, həmin yatağın istismarını dayandırsınlar və ya ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini öz veb-saytlarında yerləşdirsinlər. Bu məlumatlar hamıya açıq olmalıdır. Xarici və Azərbaycanın ictimai, səhiyyə və ekologiya sahəsində fəaliyyət göstərən ekspertlərin, eləcə də, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə yatağı monitorinq etmələrinə icazə verməyi tələb edirik. Ekspertiza işlərinin aparılmasına, yatağın fəaliyyəti ilə yerində tanış olmağa, müəyyən ölçmə işləri, nümunələr götürülməsinə imkan yaradılmalıdır.
Xatırladaq ki, "Environmental Protection First” (EPF) Koalisiyası Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının Amuldağ (Amulsar) qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyib və qızıl yatağında monitorinq aparmağa hazır olduğuna dair bəyanat yayıb.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
