Prezident İlham Əliyev Türkiyədə dəhşətli zəlzələnin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərib
XƏBƏR / 06.02.2024 00:10
Prezident İlham Əliyev Türkiyədə dəhşətli zəlzələnin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il Türkiyədə baş vermiş dəhşətli zəlzələnin birinci ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
"carciTV" xəbər verir ki, dövlətimizin başçısı məktubda bu dəhşətli faciə nəticəsində həlak olmuş on minlərlə insanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək vurğulayıb: "Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı, kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi”.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövlətinin bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcəyinə, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacağına əminliyini bildirib.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
