QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi
NƏŞR / 17.04.2024 00:23
QƏLƏMLƏR NIYƏ KÜSDÜ?
(Uşaq hekayəsi)
Sizə kimdən deyim, kimdən danışım. Balaca Ayxandan. Ayxanin altı yaşı var. Bu il o, məktəbə gedəcək. Ayxan şəkil şəkməyi çox sevir. Harada bir qələm ya bir dəftər görürdü tez götürüb şəkillər çəkirdi. Sonra isə bu çəkdiklərini nənə babasına, ata anasına və dostlarına göstəir, bunu mən çəkmişəm - deyərək körpə uşaq sevincini hər kəslə bölüşməyə çalışırdı. Yaxınları onun çəkdiyi şəkillərə baxıb tərifləyəndə isə Ayxanın şəkil şəkməyə olan həvəsi, marağı daha da artırdı, o, daha çox şəkil çəkmək istəyirdi. Hamıya da qürurla deyirdi ki, böyüyəndə mən mütləq rəssam olacam. Babası, məməsi onun tez – tez əzizləyib – "Mənim rəssam balam” – deyəndə isə Ayxanın sevinci yerə göyə sığmırdı. Nənə babasının bu əzizləmələri ona qol – qanad verir, onu daha çox şəkil çəkməyə həvəsləndirirdi. Atası Aynanın bu həvəsini görüb ona rəsm dəfətəri və çoxlu rəngbərəng qələmlər aldı.Bu isə balaca rəssamı sevincinin üstünə daha böyük sevinc gətirdi. Ayxan kiçik uşaq fantaziyaları ilə çoxlu şəkillər çəkir, sonra onları rəngli qələmləri ilə rəngəyirdi.
Bir gün balaca rəssam rəngli qələmləriini və dəftərini götürüb həyətə getdi və həyətin baxcasında oturub şəkil çəkməyə başladı. Birdən qapının arxasında uşaqların səsini eşitdi. Dostları onu oynamağa çağırırdılar. Balaca rəssam qapının arxasında uşaqların səsini eşidən kimi onlarla oynamaq üçün küçəyə qaçdı. Ayxan küçədə dostları ilə çoxli oynadı. Axşam evə qayıdanda isə dəftərini və qələmlərini götürməyi unutdu. Əlini üzünü yuyub çörəyini yedi və çox oynayıb yorulduğu üçün lap tez yatdı. Rəngli qələmləri vı şəkil dəftəri isə heç yadına da düşmədi. Nədənsə Ayxan bu gecəni çox narahat yatmışdı. Tez – tez o yana, bu yana çevrilir, zarıyır, yuxuda hey sayaqlayırdı. Sən demə balaca rəssam yuxu görürmüş. Yuxuda görür ki, şəkil dəftəri, rəngli qələmləri ondan küsüb çıxıb gedirlər. Əlini uzadıb qırmızı qələmi götürək istəyir, qırmızı qələm "Mənə dəymə” – deyərək qaçıb ağaçın arxasında gizlənir. Sarı qələmi götürmək istəyir, sarı qələm də qaçıb stolun altında gizlənir. Ayxam yaşıl qələmi götürmək istəyir, yaşıl qələm də ondan qaçıb qapının arxasında gizlənir. Beləcə Ayxan hansı qələmə əlini uzadırsa hamısı "Mənə dəymə” - deyərək əsəbi halda qaçıb ondan uzaqlaşırlar, bir yer tapıb gizlənirlər. Ayxan şəkil dəftərinə yaxınlaşanda isə dəftərin hər bir vərəqi yerindən qopub dəstələşərək quş dəstələrinə qoşulurlar və onlarla birlikdə uçub çıxıb gedirlər. Ayxan nə qədər çağırırsa, nə qədər yalvarırsa nə qələmləri, nə də dəftəri geri qayıtmırlar. Ayxan peşman – peşman onların arxasınca baxa – baxa qalır.
Səhər Aayxan yuxudan oyananda birdən yadına güşdü ki, dəftərin və qələmlərin həyətdən gətirməyib. Tez durub həyətə qaçdı və çox məyyus oldu. Axşamdan yağan yağış və əsən külək Ayxanın bütün rəngli qələmlərinin hərəsini bir yana tullayıb. Ayxan bu qələmlərin bəzilərini axtarıb tapa bildi, bəzilərini isə tapa bilmədi. Şəkil dəftərini isə kulək yerə atmış, yağan yağış isə onu tamam palçıığa bulamışdı. Ayxan onu heç əlinə də götürə bilmədi. Ayxan palçığa bulaşmış şəkil dəftərinin və itib – batmış qələmlərinin arxasınca məyyus – məyyus baxıb onlardan çox utandı və nə edəcəyini bilmədi. Var gücü ilə hönkürüb ağlayaraq evlərinə qaçdı. Nənə - babası, ata – anası onu başa saldılar ki gələcəkdə gözəl rəssam olmaq üçün indidəm bütün dəftər və qələmlərinə hörmətlə yanaşmalısan. Onda onlar da səni sevərlər. Sən də onların köməyi ilə gözəl rəsmlər çəkməyi öyrənərsən və gələcəkdə böyük rəssam olarsan.
Bundan sonra balaca rəssam öz dəftərinə, qələminə daha böyük sevgi və hörmətlə yanaşmağa başladı. O hər gün şəkil çəkdikdən sonra dəftərini, qələmini səliqə ilə yığıb yerinə qoyur, onlara xüsusi diqqət və qayğı ilə yanaşırdı. Böyüyəyəndə nə olacaqsan soruşan olanda isə, məm böyüyəndə rəssam olacam deyərək öyünürdü. Bu şıltaqlığı və qururu Ayxanı, yəni balaca rəssamı hamıının sevimlisi ermişdi.
Məryəm ƏLİYEVA,
Kürdəmir Rayon MKS-in metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı.
2024-11-21
03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ
02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır
2024-11-14
13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi
13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək
13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges
13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO
2024-11-13
12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
2024-11-06
13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO
12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək
12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim