reklam
USD
16 ℃
EUR
BAKI

Bakıda 2-ci “Sea Breeze Investment Forum” keçirildi®

MARAQLI / 01.06.2024 19:13

Bakıda 2-ci "Sea Breeze Investment Forum” keçirildi®


Mayın 30-da "Sea Breeze” kurort şəhərciyində ikinci "Sea Breeze Investment Forum” beynəlxalq investisiya forumu keçirildi. Azərbaycanda daşınmaz əmlaka yatırım və ölkəmizin investisiya potensialının müzakirə olunduğu forumda Rusiya, Qazaxıstan, Türkiyə, Hindistan, İsrail və digər ölkələrdən qonaqlar da iştirak etdilər. Forumdan öncə Emin Ağalarovun rəhbərliyi ilə kurort şəhərciyi boyunca xüsusi ekskursiya keçirildi. Ardınca isə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə unikal "Caspian Dream Liner” layihəsinin təməli qoyuldu.

Forumu "Agalarov Development” şirkətinin prezidenti, "Sea Breeze Resort”un təsisçisi və sahibi Emin Ağalarov açdı və kurort şəhərciyi barədə, eləcə də qarşıya qoyulmuş məqsədlər və reallaşdırılan layihələr haqda məlumat verdi. "Sea Breeze” tədricən əsl memarlıq sərgisinə çevrilir – hər yeni kompleks unikallığı ilə təəccübləndirir. Tezliklə burada binaların sayı 150-yə çatacaq və hər layihənin öz fəlsəfəsi var. Bu, "Sea Breeze”in unikal yanaşmasıdır", – deyə Emin Ağalarov bildirib. 

"Ölkəmiz bütün Cənubi Qafqaz üçün sabitlik modelidir. İndi əsas vəzifə iqtisadiyyatı şaxələndirməkdir: biz təhsilə, səhiyyəyə və əlbəttə ki, turizmin inkişafına böyük diqqət yetiririk. Biz "Sea Breeze” ilə əməkdaşlıqdan və bu kompleksə artan maraqdan çox məmnunuq”, – deyə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Forumda turizm və qonaqpərvərlik sahələrinə də xüsusi diqqət yetirildi. Belə ki, "Sea Breeze”in Baş direktoru Fuad İbrahimbəyov və Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid arasında Azərbaycanda vahid bron xidmətinin yaradılması məqsədilə əməkdaşlıq sazişi bağlandı. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizin turizm sahəsi üzrə sürətlə artan göstəricilərini qeyd edərək bildirdi ki, qarşıda duran əsas məqsəd 2026-cı ilədək xaricdən Azərbaycana gələn turistlərin sayını 4 milyona, yerli turistlərin sayını isə 6 milyona çatdırmaqdır. Emin Ağalarov isə qarşıdan gələn COP29 tədbirində "Sea Breeze”in 5 minə qədər qonağı qəbul edəcəyini qeyd etdi.

"The Grand Sea Breeze”in yeni tədbir zalında baş tutan forumda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, "ABB Bank”ın İdarə Heyətinin sədr müavini, İdarə Heyətinin üzvü Elmir Həbibullayev, "Commonwealth Partnership”in İdarəedici partnyoru Sergey Ryabokobılko, "Nardaran Invest”in İdarəedici partnyoru Andrey Perequdov, "Sea Breeze Resort”un kommersiya direktoru Ayaz Tağıyev də çıxış etdilər və Azərbaycanda daşınmaz əmlak sahəsində son illərdə müşahidə olunan inkişaf və "Sea Breeze”in bu xüsusda rolundan bəhs ediblər. Qeyd edək ki, forum çərçivəsində "Sea Breeze” ilə "ABB Bank” arasında tərəfdaşlıq memorandumu da imzalandı. 

"Sea Breeze Investment Forum” artıq ikinci dəfə keçirilir. Ötən illə müqayisədə tədbirə olan maraq daha da artıb və forum daşınmaz əmlak sahəsi üzrə regionun mühüm hadisələrindən birinə çevrilib.

"Sea Breeze” kurort şəhərciyində artıq 12 mindən çox insan yaşayır. Burada sakinlər və qonaqların rahatlığı, təhlükəsizliyi və istirahəti xüsusi diqqət mərkəzində saxlanılır. Hazırda şəhərciyin ərazisində 100-dən çox yaşayış binası, onlarla kommersiya və ictimai infrastruktur obyekti mövcuddur.



Oxunub: 439






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim