Azərbaycan Prezidenti ölkəmizi zirvələrə ucaldır, zəfərdən-zəfərə aparır
NƏŞR / 11.06.2024 11:34
Azərbaycan Prezidenti ölkəmizi zirvələrə ucaldır, zəfərdən-zəfərə
aparır
Azərbaycan Prezidenti ölkəmizi zirvələrə ucaldır, zəfərdən-zəfərə aparır
Dövlətimizin başçısı İlham Əliyev ötən ilin 15 oktyabr tarixində, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Bununla da verilən bütün vədlər, qarşıya qoyulan vəzifələr icra edildi. Xalqımız daim bu arzu ilə yaşayırdı: Azərbaycan Bayrağı Qarabağda, Şuşada, Xankəndidə dalğalansın, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın. Bu arzunun reallığa çevriləcəyi heç kəsdə şübhə doğurmurdu. Çünki müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə elə möhkəm təməl yaratmışdı ki, Prezident İlham Əliyev bu siyasəti layiqincə davam etdirərək Azərbaycanı zirvələrə ucaldır, zəfərdən-zəfərə aparır.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın qarşısında geniş imkanlar və üfüqlər açıldı. Yaxın günlərdə müstəqilliyimizin bərpasının 33-cü ildönümünü qeyd edəcəyik. Bu illər Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı dövrlərinin bələdçisidir. 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolu Azərbaycanı tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinə qovuşdurdu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Əsası 1993-cü ildə qoyulmuş siyasətə 2003-cü ildə bir daha dəstək verildi. Bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Ölkəmiz gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Azərbaycanın mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ probleminin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, güclü iqtisadiyyat yaradıldı və son 21 ildə bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Prezident İlham Əliyevin "Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır” çağırışı həyata keçirilən siyasətin əsasını təşkil edir. Dövlətimizin başçısı tarixi Zəfərimizin və suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən sonda bu məqamı xüsusi vurğulayır ki, bunlara nail olmaq üçün iqtisadiyyat inkişaf etdirilməlidir. İqtisadi tərəqqi bütün sahələrdə davamlı inkişafı şərtləndirir. Bu illər ərzində elə bir güclü ordu yaradıldı ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Silahlı Qüvvələrimiz bunu dörd il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur, eyni zamanda, ötən ilin sentyabr ayında cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etməklə sübuta yetirdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycan xalqı haqlı olaraq Silahlı Qüvvələri ilə fəxr edir. Ermənilərin və erməni diasporunun illərdir yaratdıqları miflər dağıdıldı. Bu gün böyük inamla qeyd edirik ki, rəşadətli Ordumuz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa, Şərqi Zəngəzura hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, torpaqlarımızın bərpası, yenidən qurulması istiqamətində mühüm addımlarla zəngindir. Əsas hədəf Böyük Qayıdış Proqramının icrasını tezliklə ən yüksək səviyyədə, tam şəkildə başa çatdırmaqdır. Bu torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın mərhələ-mərhələ bu ərazilərə qayıdışını təmin edir. Təkcə cari ildə üç şəhərə - Şuşaya, Xocalıya və Cəbrayıla qayıdış həyata keçirilib. İlin sonuna qədər Xankəndi və Kəlbəcər şəhərlərinə də qayıdış reallaşacaq. Hazırda 5 şəhər və 4 kənd sakinlərinə qovuşub. Bu torpaqlarda soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri addımlar atılıb. Əsas məqsəd insanların yüksək rifah şəraitində yaşayışını təmin etməkdir. Bu, torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulması, bütün yeniliklərin burada öz əksini tapması ilə diqqətdədir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan brendi kimi tanınan "ASAN xidmət”, DOST layihələrinin sırasına "ağıllı şəhər”, "ağıllı kənd” də daxil ediləcək. Bütün şəhər və kəndlər Baş plan əsasında yenidən qurulur, bərpa edilir. Zəfərlərimiz tariximizdə əbədi olacaq. İndiki və gələcək nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 17 oktyabr Füzuli Şəhəri Günüdür. Bu mühüm sənəd Zəfərimizin əbədiləşdirilməsinə və şəhər günlərinin təsis edilməsinə xidmət edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il Füzuli rayonuna səfəri zamanı Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, "Necə də gözəl bir gündür. Siz mənə "Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə "Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür.
İşğaldan azad edilən digər ərazilərimiz kimi, Füzuli də yenidən qurulur, bərpa edilir, cənnətməkana çevrilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə ilk səfəri Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə olub. 2020-ci il noyabrın 16-dan başlanan ilk səfərdən bu günədək azad edilmiş torpaqlarda görülən işlərə diqqət yetirsək onları sadalamaqla bitməz. Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik.
Rahib KƏRİMLİ.
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
22:42 Sarmaşıq (hekayə)
21:42 Sınıq qabın hekayəsi
2024-12-16
01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim