Əhali hər il benzin və dizelə nə qədər pul xərcləyir? – 5 ildə 750 milyon manatdan çox artım
XƏBƏR / 19.06.2024 01:19
Əhali hər il benzin və dizelə nə qədər pul xərcləyir? – 5 ildə 750 milyon manatdan çox artım
Bu ilin ilk beş ayında Azərbaycan əhalisi avtomobil benzini və dizel yanacağına 1 milyard 251,7 milyon manat pul xərcləyib. Bu dövr ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,8 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Azərbaycan əhalisi hər il avtomobil benzini və dizel yanacağı nə qədər pul xərcləyir?
2023-cü ildə Azərbaycan əhalisi avtomobil benzini və dizel yanacağına 3 milyard 63,4 milyon manat xərcləyib ki, bu da, vətəndaşların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,2 faizini təşkil edib.
2022-ci ildə Azərbaycan əhalisi avtomobil benzini və dizel yanacağına 2 milyard 768,7 milyon manat xərcləyib. Bu, vətəndaşların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,3 faizini təşkil edib.
2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 494,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Bu, vətəndaşların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,6 faizini təşkil edib.
2020-ci ildə Azərbaycan avtomobil benzini və dizel yanacağına 2 milyard 40 milyon manat xərcləyib. Bu, vətəndaşların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,1 faizini təşkil edib.
2019-cu ildə Azərbaycan əhalisi avtomobil benzini və dizel yanacağına 2 milyard 310,5 milyon manat xərcləyib ki, bu da, vətəndaşların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,9 faizini təşkil edib.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
