reklam
USD
4 ℃
EUR
BAKI

Azərbaycan caz sənətinin əfsanəsi Vaqif Mustafazadənin yeni lent yazısı tapılıb

MÜSAHİBƏ / 23.07.2024 23:03

Azərbaycan caz sənətinin əfsanəsi Vaqif Mustafazadənin yeni lent yazısı tapılıb


Azərbaycan caz sənətinin əfsanəsi, caz-muğam janrının yaradıcısı, Əməkdar artist Vaqif Mustafazadənin bu günə kimi bəlli olmayan lent yazısı üzə çıxarılıb.

"carciTV" xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi öz sosial şəbəkə hesabında məlumat verib. Bildirilir ki, lent yazısı müğənni, caz musiqisi bilicisi Tofiq Həsənsoy tərəfindən aşkar olunub. 1979-cu ildə Vaqif Mustafazadənin son konsertlərindən birində ifa olunan bu əsər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Bəstəkarlıq kafedrasının müdiri professor Aydın Əzim Kərimoğluya məxsusdur.

"Aydın K.Azim mövzusunda fantaziya” adlı əsəri V.Mustafazadə və dostları gitarada Ələsgər Abbasov (Türkiyədə yaşayır), zərb alətində Pərviz Ədib (Almaniyada yaşayır) və bas-gitarada Nazim Quliyev ifa edirlər.

Kamil Şahverdi paylaşımında yazıb: "... 45 il bundan əvvəl ifa olunan şedevr fantaziyanı ilk dəfə sizə təqdim etməkdən qürur duyuram. Bu lent yazısının üzə çıxması üçün dəyərli dostumuz, caz musiqisinin mahir bilicisi və təbliğatçısı Tofiq Həsənsoya təşəkkürlər!”.

Tofiq Həsənsoy isə Vaqif Mustafazadə haqqında kitab üzərində də işlədiyini bildirib: "Vaqif Mustafazadə ilə bağlı çoxsaylı qəzet məqalələri və götürdüyüm müsahibələrin rus dilindən doğma dilimizə tərcüməsi ilə məşğulam. Məqsəd gələn il Vaqif Mustafazadənin 85 illik yubileyinə bu kitabı hazır etməkdir. Həmçinin maestronun "Tallin – 66” və "Tallin – 67” caz festivallarında canlı ifasının lent yazılarından ibarət albomu təqdim etməyi qarşıma məqsəd qoymuşam”.



Oxunub: 397






SON XƏBƏRLƏR

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image

01:35 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim