reklam
USD
7 ℃
EUR
BAKI

ÇƏRPƏLƏNG (HEKAYƏ)

MARAQLI / 13.01.2025 01:22

ÇƏRPƏLƏNG

(HEKAYƏ)


"Düşdüyümüz quyular sandığımız qədər dibsiz deyil əslində, 

yapışmağa çalışdığımız iplər çox qısadır". 

Çarlz Bukovski


- Mənim çərpələngim daha yaxşı uçacaq! Uşaqlardan birinin dediyi bu sözlərə hamı maraqla qulaq asdı.

-Əminsən? Saçları qıvrım, göygöz oğlan soruşdu.

-Bəli, çünki onu atam hazırlayıb. Mənim atam təyyarəçidir, dəfələrlə paraşütlə uçub, lap çərpələng uçuşu kimi.

Hamı heyranlıqla onu dinləyirdi. Girdəsifət, qaraşın bir qız ona yaxın gəldi. Əli ilə çərpələngi tumarladı. Sarı rəngli, möhkəm kağızdan səliqə ilə düzəlmişdi. Meydançada 15 uşaq vardı. Onların hər birinin əlində müxtəlif ölçüdə, müxtəlif rəngdə olan çərpələng vardı. Bir nəfər yaşca böyük görünən oğlan əlində tütək dayanmışdı. Sağ əlində kiçik qırmızı bayraq tutmuşdu. Uşaqlar sıra ilə düzüldülər. Əlində bayraq tutan oğlan bayrağı yuxarı qaldırdı, tütəyi ağzına yaxınlaşdırdı. Fit səsi eşidilən kimi əlindəki bayrağı aşağı saldı. Uşaqlar meydança ilə qaçmağa başladılar. Qaçdıqca əllərində iplə tutduqları çərpələnglər havada uçuşurdu. Meydançanın sonuna çatmağa az qalmış ipləri buraxdılar. Azad olan kağız çərpələnglər havada dövrə vurmağa, uçmağa başladı. Bəziləri alçaqdan, bəziləri hündürdən uçurdu. Sarı çərpələng sürətlə yüksəyə qalxdı, qalxdıqca gözdən itməyə başladı. Uşaqların səs-küyü ətrafı başına götürmüşdü.

Bəzi çərpələnglər aşağı düşür, bəziləri yaxınlıqdakı meşədə olan ağaclara ilişib qalırdı. Sarı çərpələng isə görünmürdü. Onu uçuran oğlan ətrafa göz gəzdirir, gah əlini gözlərinin üstünə qoyub səmaya baxır, gah da o yan, bu yana qaçırdı. Nəhayət uşaqlar əmin oldular ki, onların hazırladıqları çərpələnglərdən hansı daha sürətli uçub qalib gəldi. Yarışma bitdi, onlar evlərinə doğru üz tutdular. Yalnız sarı çərpələngli oğlan tələsmədən ətrafa nigaranlıqla baxır, ümidlə çərpələnginin dönməsini gözləyirdi. Şər qarışanda evə qayıdan uşağın hələ də fikri meydançada, uçaraq səmada yox olan çərpələnginin yanında idi.

Yarışdan keçən bir ay ərzində sarı çərpələngli oğlan hər gün meydançaya gedir, ətrafa göz gəzdirirdi. Ümidini kəsəndən sonra daha axtarmadı və yeni yarışa yeni çərpələng hazırlamağa başladı. Sarı çərpələng havaya qalxan kimi üz tutdu buludlara, uçdu-uçdu, nəhayət yanından keçən topa ağ buludların arxasında gözdən itdi. Ətrafda hər şey süd kimi ağ idi. Yerlə əlaqəsi tamam kəsildi. Bulud topasının biri ondan hara uçduğunu soruşdu.

-Uzaqlara, deyə cavab verdi. Yanından ötən durnaların səsi, qanadlarının küləyi onu çaşdırdı. Bu qorxunc səs və külək çərpələngin müvazinətini itirməsinə səbəb oldu. İstiqamətini dəyişərək, buludlardan uzaqlaşdı. İndi hündür yaşıl dağların üzərində uçur, uçduqca bu gözəlliyə tamaşa edirdi. Bir müddət sonra təkrarlıqdan yorulan çərpələng yuxarı baxdı, günəşin şəfəqləri üfüqdə gözdən itirdi. Sarı günəş getdikcə tünd portağal rəngində olurdu. Axşam düşürdü. Qaranlıq qarışdıqca səmada ulduzlar görünməyə başladı. Ayın yarımdairə görüntüsü çərpələngin xoşuna gəldi. Özünü bir anlıq ayın yerində gördü.

- Ah, nə qəşəngdir.

- Sonra yenə uçmağa başladı. Nəhayət yorulduğunu dərk etdi, aşağı enib dincəlməyi düşündü. Sakitcə dövrə vuraraq aşağı endi. Endikcə ona toxunan budaqlardakı yarpaqları hiss edirdi. Nəhayət bir yekə palıdın dibinə düşdü. Əvvəlcə gözlərini yumub xeyli dayandı, yaxınlıqdakı vahiməli səsə gözünü açdı. Ətrafında çoxlu çaqqal vardı. Çaqqallar təşvişlə onu iyləməyə başladılar. Ayın işığında bərq vuran sarı rəngli kağız parçasının onları doydura bilməyəcəyini anlayıb oradan uzaqlaşdılar. Çərpələng çox qorxmuşdu. Büzüşüb titrəyirdi. Bu vaxt ipinin nəyəsə ilişdiyini hiss etdi, istədi havaya qalxsın, cəhdi baş tutmadı. Balaca dağsiçanı onun ipindən çəkib sürüyürdü. Qorxuya düşən çərpələng əlləri ilə ağacdan tutmaq istədi, amma gec idi. Siçan onu yuvasına doğru aparmışdı. Hündür torpaq təpəciyindən hazırlanan yuvasının xırda deşiyindən dartıb çərpələngi içəri saldı. Bura çox qaranlıq və rütubət idi. Yuvada daha beş siçan balası vardı. Onlar ac görünürdü. Ana siçan sevincək çərpələngi iti, xırda dişləri ilə çeynəməyə başladı. Çeynəyib xırda hissələrə böldükçə siçan balalarına paylaşır,onlar da ananın tapdığı bu xoş ətirli kağız parçalarını acgözlüklə yeyirdilər.

- Çərpələng qopan hissələrinin ağrısına çox acıyır, ancaq qışqırmağa qorxurdu. Nəhayət ana siçan onu ipindən çəkib Yuvada kənara atdı.

- Çərpələng didilmiş görkəmi ilə çox pis görünürdü. Sarı rəngi toz- torpağın çirkli rənginə qarışmışdı. Ağlamaq istədi, ancaq səsi çıxmadı. Bu vaxt yaxından keçən qarışqa izdihamı onu dövrəyə aldı. Bir qədər baxdıqdan sonra çiyinlərinə alıb cərgə ilə getdilər.

Nəhayət quru ağac gövdəsinin yanında yerə qoydular. Çərpələng əvvəlcə sevindi, xilas olduğunu düşündü. Amma bu belə deyildi. Qarışqalardan bir neçəsi onun üstünə torpaq tökməyə başladı. Xırda təpəciklərlə örtüldüyünü hiss etdikcə nəfəsi daralmağa başladı. Qarışqalar nifrət etdi. İşlərini bitirən zəhmətkeş qarışqalar sıra ilə gedib ana qarışqanı gətirdilər, onu çərpələng evciklə - tanış etdilər. Ana qarışqa çox sevindi və onlara məmnunluqla baxaraq yuvaya daxil oldu. Bütün yayı qarışqanın qoyduğu yumurtaların iyrənc qoxusu, işçi qarışqaların vargəli çərpələngi özündən çıxarırdı.

- Nəhayət bir gün güclü külək əsdi, qarışqa yuvasını dağıtdı, qarışqalar hərəsi bir tərəfə qaçmağa, tufandan qurtulmağa üz tutdu. Çərpələng azad olduğunu düşündükcə sevinirdi. Güclü külək onun nəmdən köhnəlib rəngini itirən solmuş yanağına toxunduqca ötən xatirələrə dönür, meydançanı, orada qaçışan uşaqları, sahibini yadına salırdı.

- Ahhh, nə gözəl günlər idi...

- Gözləri doldu. Küləyə minnətdarlıq etmək istədi. Bu vaxt göy üzünü qara bulud aldı, yağış yağmağa başladı. Güclü külək iri yağış damcılarını onun üzərinə çırpdıqca canı sızıldayırdı. Vahiməli günün bitməsini gözləyirdi. İpi kola ilişdiyindən külək onu qaldırır, ancaq yerdən qopara bilmirdi. O yan, bu yana çırpılan çərpələng çox yorulmuşdu. Kollar onun bədənini didik-didik etmişdi. Axşama yaxın nəhayət külək dayandı. Çərpələng yorğunluqdan yuxuya getdi... Gözlərini açanda tanış səs eşitdi..

- Ata, bax. Mənim çərpələngim.

- Tanıdı, həmin oğlan idi. Bir vaxtlar onu meydançada uçuran. Çox sevindi.

- Oğlum, at getsin. O daha lazımsız bir kağız parçasıdır. Sənə daha yaxşısını hazırlayacağam.

- Atasının bu sözündən sonra oğlan çərpələngi yerə atdı, ancaq kədərli baxışlarla dönüb ona bir də sonuncu dəfə baxdı..

- Çərpələng isə hələ də ümidlə xilas olacağını gözləyirdi. Bir vaxtlar qüruruna sığmayan, tozdan çirklənmiş sarı rəngi göz yaşından islanmışdı....

İllər keçdi, fəsillər ötüşdü. Yaz gəldi. Bir vaxtlar çərpələng yarışı keçirilən, sarı çiçəklərə bürünmüş meydançanın yanında gənc ata öz kiçikyaşlı oğlunun əlindən tutub uzaqlara baxır, köks ötürürdü.

-Ata, bax, gör nə qəşəngdilər. Lap şəkildə gördüyüm sarı çərpələng kimi.

Ata oğlunun başını tumarlayıb dedi: - Hə, oğlum. Axı onları çərpələng gətirib.

Oğlu təəccüblə atasının üzünə baxdı... -Doğrudan?

- Doğrudan - deyərək, atası gülümsədi...

Natavan YUSİFOVA,
Qəbələ rayon MKS-nin Xırxatala kənd kitabxana müdiri



Oxunub: 3






SON XƏBƏRLƏR

2025-01-12

01:22 ÇƏRPƏLƏNG (HEKAYƏ)

Product image

00:18 Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Product image

00:13 Azərbaycanda iki yeni milli park yaradılacaq

Product image

23:33 Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO

Product image

2025-01-04

01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

Product image

2024-12-30

02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Product image

02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

Product image

01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO

Product image

01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Product image

2024-12-28

14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Product image

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim