2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri
MARAQLI / 19.01.2025 13:23
 
            2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri
Son vaxtlar aviasiya hadisələri ilə bağlı xəbərlərin artması uçuş təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Əgər uçuşunuzun nə qədər təhlükəsiz ola biləcəyini öyrənmək istəyirsinizsə, bu mövzuda sizi məlumatlandıracaq faydalı bir araşdırma mövcuddur.
"carciTV" xəbər verir ki, aviasiya icmalı üzrə fəaliyyət göstərən "AirlineRatings” dünyanın ən təhlükəsiz aviaşirkətlərinin illik reytinqini açıqlayıb.
Dünyanın ən təhlükəsiz aviaşirkəti hansıdır?
2025-ci ildə dünyanın ən təhlükəsiz aviaşirkəti ardıcıl ikinci dəfə"Air New Zealand”seçilib. Yeni Zelandiya aviaşirkəti 2024 və 2022-ci illərdə də bu titulu qazanıb və liderlik uğrunda tez-tez "Qantas” ilə rəqabət aparır.
2025-ci ildə ən təhlükəsiz aviaşirkətlər siyahısı:
Asiya-Sakit okean və Yaxın Şərq bölgəsinə aid aviaşirkətlər ilk 11 sırada üstünlük təşkil edib. Bununla yanaşı, Avropa aviaşirkətləri də yüksək göstəricilər əldə edərək, ilk 25-likdə 7 yer tutub.
Avropanın ən təhlükəsiz aviaşirkətləri:
Avropa ilə Asiya arasında xidmət göstərən"Türk Hava Yolları” ("THY")Avropanın ən təhlükəsiz aviaşirkəti seçilib. Platformada 7 ulduz qazanan "THY" qlobal reytinqdə 13-cü yerdə qərarlaşıb.
Dünyanın digər aviaşirkətlərindən daha çox istiqamətə uçuşlar təşkil edən "THY" 2009-cu ildə Amsterdam "Schiphol” hava limanına yaxınlaşarkən bir "Boeing 737” təyyarəsinin qəzaya uğramasından sonra heç bir ölümcül hadisə ilə qarşılaşmayıb. Həmin qəza nəticəsində 9 nəfər həyatını itirmiş, 126 nəfər isə xilas olmuşdu.
"THY" ötən il həm təyyarədaxili xidmətlər, həm də əyləncə sahəsində mükafatlar qazanıb və Hava Yolu Sərnişin Təcrübəsi Assosiasiyası ("APEX") tərəfindən "Dünya səviyyəli” reytinqə layiq görülüb. "Skytrax” isə onu "Avropanın ən yaxşı aviaşirkəti” seçib.
Avropanın ən təhlükəsiz ikinci aviaşirkəti"TAP Portugal”olub və qlobal siyahıda 14-cü sırada yer alıb. Bu şirkət 1977-ci ildən bəri sərnişin itkisi yaşamayıb və uçuş qorxusunu azaltmaq üçün mütəmadi kurslar təşkil edir.
Siyahıda digər Avropa aviaşirkətləri isə bunlardır:
- "SAS”(16-cı yer)
- "British Airways”(17-ci yer)
- "Iberia”(18-ci yer)
- "Finnair”(19-cu yer)
-"Lufthansa Group”(20-ci yer).
Avropanın ən təhlükəsiz aşağı büdcəli aviaşirkətləri:
"AirlineRatings” aşağı büdcəli aviaşirkətləri tam xidmətli həmkarlarından ayrıca qiymətləndirib.
Siyahının lideri"Ryanair”olub. Qlobal reytinqdə 3-cü sırada yer alan bu aviaşirkət 40 illik fəaliyyəti dövründə heç bir ölümcül qəza ilə qarşılaşmayıb.
İngiltərədə fəaliyyət göstərən"easyJet”Avropanın ən təhlükəsiz ikinci aşağı büdcəli aviaşirkəti olub. Bu aviaşirkət də 30 illik fəaliyyəti dövründə ölümcül qəza yaşamayıb.
Dünya üzrə 7-ci sırada yer alan"Wizz Air”isə Avropanın ən təhlükəsiz üçüncü aşağı büdcəli aviaşirkəti seçilib.
Bundan əlavə, siyahıya aşağıdakı aviaşirkətlər daxildir:
- "Norwegian”(12-ci yer)
- "Vueling”(13-cü yer)
- "Jet2”(14-cü yer)
- "Eurowings”(20-ci yer)
- "airBaltic”(25-ci yer).
Ən təhlükəsiz aviaşirkətlər necə müəyyən edilir?
"AirlineRatings” aviaşirkətləri təyyarələrin yaşı, fəaliyyət göstərən təyyarə sayı, pilotların təlimi və qeyd olunan hadisələrin nisbəti kimi göstəricilərə əsasən müəyyən edir. Eyni zamanda, aviaşirkətlərin maliyyə vəziyyəti də nəzərə alınır.
Qeyd edək ki, siyahı tərtib edilərkən "ICAO"nun "Ümumi Təhlükəsizlik Nəzarət Audit Proqramı” və "IATA Əməliyyat Təhlükəsizliyi Auditi”nin nəticələri də əsas götürülür.
 
                          2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
 
        
        
        
          21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
 
        
        
        
          21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
 
        
        
        
          21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
 
        
        
        
    
        
        
          20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
 
        
        
        
          20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
 
        
                        2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
 
        
                        2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
 
        
        
        
          10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60
 
        
        
        
          10:32 Daşdəmir Əjdəroğlu - 60
 
        
        
        
          10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist
 XƏBƏR ARXİVİ
        
                
          XƏBƏR ARXİVİ
        
         
        TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
 
        
                
          18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
 
        
                
          23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
 Təqvim
        
        
        
        
          Təqvim        
        
        
         
           
          