Qərənfil
CANLI TV / 19.01.2025 14:07
QƏRƏNFİL
Qərənfil! Ey güllərin tacı, gözəl çiçəyim mənim.
Qərənfil, ey məsumluğun, incəliyin tərənnümü.
QƏRƏNFİL! Sən həmişə evlərin, əllərin bəzəyi, qəlblərin ümidi, təsəllisi olmusan. Sən həmişə sevənlərin ən gözəl hədiyyəsi olmusan. İlk görüşə çıxan cəngavər oğullarımız sənin adını daim uca tutaraq, səni ən qiymətli hədiyyə kimi öz sevgililərinə bağışlayaraq, onları sevindirirdilər. Nazlı gözəllərimiz isə səni böyük məhəbbətlə qoruyar, nazını çəkər, sənin solmağını heç istəməzdilər. Sənə daim qayğı və məhəbbətlə yanaşardılar. Çünki, sən onların böyük sevgilərinin ilk hədiyyəsi, ilk müjdəsi idin.
Şəninə daim şerlər qoşulur, nəğmələr yazılardı. Sən neçə-neçə şerlərin bəzəyi, nəğmələrin ahəngi idin. Gənc analar səni çox sevdikləri üçün öz körpələrinə sənin adını verərdi və buna görə də çox qürurlanardılar. Bəs nə üçün birdən – birə belə ehtibarsız, belə vəfasız olduz ey çiçəklərin bəzəyi, gözəllər gözəli, nazlı, qərənfil!
Əvvəllər evlər, əllər bəzəyi olan sən, indi məzarlar bəzəyi oldun. Sevənlərin ürək çırpıntıları ilə bir – birinə dedikləri ilk xoş sözləri eşidə - eşidə gözəllərin əllərində xumarlanan siz, indi necə oldu ki, məzarların üzərində xalıya döndünüz? Şəhid xanımlarının, ana-bacılarının ürək parçalayan, qəlb yandıran ağılarını, laylalarını dinləməyə necə dözür, necə tab gətirir sizin kövrək ləçəkləriniz?
Əvvələr şəninə nəğmələr, şerlər qoşulurdusa, indi bayatılar, ağılar, laylalar söylənilir. Əvvəllər bu şeirləri, bu nəğmələri eşidənlər sevinər, onlardan böyük zövq alardılarsa, indi bu bayatıları, bu laylaları, bu ağıları dinləyənlər fəryad qoparır, ah-nalə edərək, öz dərdlərini, ağrı-acılarını bildirirlər.
Bununla bəlkə də sən öz sədaqətini, etibarını subut etdin insanlara. Sübut etdin ki, həm şad günlərində, həm də bəd günlərində insanların ən ehtibarlı dostu, həmdəmi olmusan. İnsanların xöşbəxt günlərinin bəzəyi olan sən, kədərli, acı günlərdə də dərdli insanları tənha buraxmayaraq, onların daim yanlarında olmaqla onlara təsəlli oldun, onların dərd ortağına çevrildin.
Bu ağrıya, acıya tək tab gətirə bilmədi sənin kövrək ləçəklərin. Ona görə də sizi cüt-cüt düzdülər məzarların üzərinə. Ona görə cüt-çüt düzdülər ki, bu ağrını, bu acını bir-birinizlə bölüşüb, təsəlli alasınız, bir-birinizə təsəlli verəsiniz. Kim bilir bəlkə də, kim bilir bəlkə də...
Məryəm ƏLİYEVA,
Kürdəmir Rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60
10:32 Daşdəmir Əjdəroğlu - 60
10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
