QƏHRƏMAN ŞƏHİDİMİZ SADİQ
MARAQLI / 01.02.2025 01:12
QƏHRƏMAN ŞƏHİDİMİZ SADİQ
Analar dünyaya oğul gətitirlər. Tez böyü, əsgər ol deyə, ona laylalar çalırlar. Bu ruhda böyüyən oğullar Vətən dara düşəndə ”Öncə Vətən” deyərək silaha sarılırlar və Vətənin müdafiəsinə qalxırlar. Övladlarını min bir əziyyətlə böyüdən analar, onları Vətənin müdafiəsinə göndərəndə "Geri dönsən, vətənə xəyanət eləsən südümü sənə halal etmərəm deyirlər”. Övladları Şəhid olan analar isə, övladlarının Şəhid adı ilə qürurlanaraq, başlarını daim dik tuturlar. Belə anaların övladları təbii ki, mütləq vətənpərvər, qəhrəman olmalıdırlar. Şəhid Sadiq Kamil oğlu Əliheydərov kimi. Sadiq Kamil oğlu Əliheydərov 1968 - ci ildə dünyaya gəlmişdi. Atası Kamil Əliheydərov Böyük Vətən Müharibəsi veteranıdır.Ailənin yeddi ovladının sonbeşiyi olan Sadiq 1985 – ci ildə Kürdəmir ayon 3 saylı orta məktəbi bitirib, Azərbacan Neft – Kimya Akademiyasına qəbul olunmuşdur. Üçüncü kursda atasını itirən Sadiq təhsilini qiyabi yolla davam etdirməli olur. Kürdəmir rayonundakı neft məhsulları satışı bazasında operator işləməyə başlamışdır. 1987 – 1989 – cu illərdə Pskov vilayətində hərbi xidmətdə desant hissələrində qulluq etdiyi üçün Sadiq Əliheydərov əsgərlik illərindən hərbi sahədə təcrübəli idi.
Dağlıq Qarabağ hadisələri tüğyan edirdi.1993 – cü ilin payız günlərində erməni – rus birləşmələri minlərlə soydaşımızı öz ata – baba yurdlarında qırıb – çatanda Sadiq Əliheydərov da bir qrup gənclərlə bərabər Qarabağa könüllü yollanan vətənpərvər oğullardan biri oldu. Sadiq cəsur bir döyüşçü, mahir bir kəşfiyyatçı kimi tez bir zamanda hərbi hissədə hamının hörmət və məhəbbətini qazandı.Tez – tez əsgər dostları onun yanına yığışar, yazdığı gözəl şerlərdən oxumasını ondan xahiş edərdilər. O, xidmət etdiyi birləşmədə "Rembo” ləqəbi ilə tanıırdı. Dəfələrlə düşmən bir neçə əsgərini əsir alıb qərargaha aparmışdı.
İgid kəşviyyarçının son döyüşləri Fuzuli rayonunun Əbdülrəhmanlı kəndində olmuşdu. Axşam kəşfiyyatdan qayıtmışdı, dincəlmək istəyirdi, səs – küyü eşitdi. Yolla düşmənin bir neçə zirehli texnikasının irəliləməsini görən Sadiq vaxt itirmədən yaxınlıqdakı maşınının yük yerinə çıxıb orada qoyduğu iriçaplı pulemyotu işə saldı, yağıların üzərinə güllə yağışı yağdırdı. Düşmən duyuq düşüb cavab atəşi açmağa başladı. Atılan mərmiləb bu igid oğlanın ətrafında partlayırdı. Amma bu cəsur oğlan bunların heç birinə məhəl qoymurdu. Lakin qəfildən dəhşətli gürültu qopdu. Maşının qarşısında mərmi partlamışdı. Yüyürüb buraya gələn yoldaşları gördükləri mənzərədən sarsıldılar. Sadiq çiyinlərindən və ürəyindən yaralanmışdı. Qəhrəmanlıqla döyüşən, düşmənlə üz – üzə gəlməkdən heç vaxt çəkinməyən, hər zaman öndə olan Sadiq Əliheydərov qəhrəmanlıqla da Şəhid oldu.
O, qəhrəan olmaq üçün dünyaya gəlmişdi, oldu da. Hər zaman doğmalarına deyirdi həmişə sizin başınızı uca edəcəm, etdi də. Sadiq Əliheydərov bunu tək sözlərlə deyil, öz qəhrəmanlığı ilə, ölümü ilə ölümsüzlüyə qovuşması ilə subut etdi. Yadigar qoyub getdiyi isə tək bu sözləri deyil ,əməlləri oldu. İndi Sadiqin bu sözləri, müdrik fikirlərinə çevirdi həm doğmaları və hə də onu tanıyanlar üçün. Xatirəsini əbədiləşdirmək sçün Kürdəmir rayon 4 saylı orta məktəbinə Sadiq Kamil oğlu Əliheydərovun adı verilmişdiri. Məktəbə gələn hər bir kəs, ilk öncə onu böyük ehtiramla onu yad edirlər.
Məryəm ƏLİYEVA,
Kürdəmir rayon MKS–nin metodika – biblioqrafiya şöbəsinin baş biblioqrafı
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60
10:32 Daşdəmir Əjdəroğlu - 60
10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
